Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2019
13:58
1021
`Cəfər Cabbarlı` stansiyası nə zaman açılacaq?

"Cəfər Cabbarlı" stansiyası nə zaman açılacaq?

“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasının bir yolunda aparılan təmir işləri artıq sonuncu mərhələdədir.

Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq bütün infrastruktur yenilənib və hazırda son tamamlama işləri görülür: "Sözügedən stansiya ağır hidrogeoloji şəraitdə yerləşdiyi üçün orada əsaslı təmir işlərinin davamlı görülməsinə zərurət vardı. Bu işlər sərnişin hərəkətinə mane olmamaq şərti ilə mərhələlərlə görülür. Bildiyiniz kimi, “Cəfər Cabbarlı” stansiyasının iki çıxışı var ki, bu səbəbdən rahat şəkildə sərnişinlərin hərəkətini təşkil etməklə təmir işlərini aparmaq mümkündür. Təmir işləri əsaslıdır. Sərnişinlərin hiss etməyəcəyi, amma infrastruktur, stansiyanın davamiyyəti və etibarlılığı baxımından əhəmiyyətli işlər görülür".

B.Məmmədov qeyd edib ki, gələn il təmir işlərinin yekunlaşması gözlənilir.

Məqalədə : Metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
93

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
459

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
63

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
40

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
45
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 19:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru