Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2019
10:50
637
Yeni haker hücumu başlayıb, EHTİYATLI OLUN!

“Kaspersky Lab” fırıldaqçıların elektron ünvanlara səsli mesajlar haqqında bildirişlər göndərən yeni genişmiqyaslı spam kampaniyasını aşkarlayıb.

FaktXəbər-in məlumatına görə, cinayətkarların istifadə etdiyi sxem belədir: korporativ istifadəçi səsli mesajın göndərilmə vaxtı, səsin müddəti eləcə də, yarımçıq “Just checking to remind you in regards to our…” cümləli məktub alır. Səsli mesajı dinləmək üçün istifadəçiyə “Microsoft”un məşhur xidmətlərindən birinə, məsələn, “Outlook” poçtuna daxil olmaq adı altında fişinqli linkə keçmək təklif olunur. Əgər istifadəçi “Sistemə giriş” düyməsini basırsa, məlumatlar cinayətkarların resursuna göndərilir, istifadəçi isə inandırılmaq üçün real səsli mesajlaşma xidmətinin təsviri olan sayta yönləndirilir. 

Loqin və şifrələri əldə etmək üçün istifadə olunan məşhur vasitələrdən biri də çatdırılma növbəsində gözləyən məktublar barədə fişinq mesajların göndərilməsidir. İstifadəçi onları qəbul etmək üçün linkə keçməli və identifikasiya səhifəsində korporativ hesabdan məlumatları daxil etməli olduğunu bildirən bildiriş görür. Əslində isə bu saxta bildirişdir.

“Hesab edirik ki, bu kampaniyanın məqsədi məxfi kommersiya məlumatlarına çıxış əldə etməkdir, çünki bu hücumlar xüsusi olaraq korporativ istifadəçilərə yönəlib. Fişerlər bilirlər ki, işçilər əhəmiyyətli məktub və ya səsli mesajları qaçırmaqdan çəkinirlər. Buna görə də inandırıcı fırıldaqlara əl atırlar. Cinayətkarlar metodlarını fəal şəkildə inkişaf etdirirlər. Bunun qarşısını almaq üçün şirkətlər diqqətli olmalı və yüksək keyfiyyətli antifişinq texnologiyalarını ehtiva edən etibarlı təhlükəsizlik həllərindən istifadə etməlidirlər", - bunu “Kaspersky Lab” şirkətinin baş spam-təhlilçisi Mariya Vergelis deyib. 

"Fişinq  ən sürətlə böyüyən kiber təhlükədir. Əldə etdiyimiz məlumatlara görə, 2018-ci ildə hücumların orta aylıq sayı 350% -dən çox artıb. Bu növ təhdiddən qorunmağın effektiv yolu çoxfaktorlu identifikasiyadır. Onun SMS kodla deyil, mobil identifikator həllinin “soft-token” proqramı ilə birlikdə istifadə edilməsi daha yaxşı olar. Bundan başqa, şirkətlərə kiber təhlükəsizlik sahəsində işçilərin məlumatlılığını artırmaq üçün mütəmadi təlimlər keçirməyi tövsiyə edirik", - bunu “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkəri üzrə informasiya təhlükəsizliyi proqramlarının rəhbəri Artyom Sinitsin deyib. 

Fişinq hücumlardan effektiv qorunmaq üçün “Kaspersky Lab” şirkətlərə bunları tövsiyə edir:

• İşçilərə rəqəmsal savadlılığın əsaslarını öyrədin: naməlum mənbələrdən gələn elektron məktubları açmamaq; gizli məlumatları yalnız identifikasiyası effektiv olan etibarlı bulud xidmətlərində saxlamaq; rəsmi mənbələrdən yüklənmiş ligitim proqram təminatlarından istifadə etmək. İşçilərin kiber savadlılığının artırılmasına, məsələn, Kaspersky Automated Security Awareness Platform kömək edə bilər.

• Zərərli proqram təminatından, şifrələnmə və fişer hücumlardan qoruyan etibarlı həll istifadə edin Məsələn, biznes üçün Kaspersky Total Security  tövsiyə olunur. Bu həll həmçinin poçt serverləri üçün də qorunmanı təmin edir.

Məqalədə : haker 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
97

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
469

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
64

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
40

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
45
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 20:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru