Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2019
17:04
Rövşən Əhmədli: İsrail və Ermənistan özlərinə aid olmayan ərazidə qondarma dövlət yaradıblar

Ermənistan Təl-Əvivdə səfirlik açmaqla İsraildə səfirliyi olan 90-cı ölkəyə çevrildi. İsrailin XİN rəhbəri İsrael Kats çıxış edərək Ermənistanın bu addımını yüksək qiymətləndirib və iki ölkə münasibətlərində yeni mərhələnin açıldığını vurğulayıb.

Nəzərə alsaq ki, Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal edərək bölgədə stabillik və sülhə qarşı çıxır, atılan bu diplomatik addım Azərbaycana qarşı hansı təhlükələrə yol aça bilər? 

Hadisəyə münasibət bildirən politoloq Rövşən Əhmədli hesab edir ki, İsrail rejimi ilə Ermənistan adlı işğalçı dövlət eyni mahiyyəti daşıyır və hər ikisi özünə aid olmayan, qəsb edilmiş ərazilərdə hərbi cinayətlər törətməklə qondarma dövlət yaradıb: 

“Necə ki, ermənilər törətdikləri fitnəkarlıqlardan dolayı hazırki ərazilərə köçürülüblər, eyni ilə yəhudilər İkinci Dünya müharibəsindən sonra beynəlxalq güclərin vasitəsi ilə Fələstin ərazilərinə yerləşdirilərək qondarma sionist rejim ərsəyə gətirilib. Digər tərəfdən, hər iki dövlət BMT qətnamələrinə əməl etməyərək, öz təcavüzkar siyasətlərini davam etdirirlər. Bütün bu oxşarlıqlar heç də təsadüfi deyil. Bu tip irticaçı dövlətlər vasitəsiylə beynəlxalq güclər öz çirkin fəaliyyətlərini yerinə yetirmiş olurlar. Doğrusu, bu məsələdə, məni daha çox Azərbyacan siyasi hakimiyyətinin hansı addım atacağı maraqlandırır. Biz dost ilə düşməni zamanında ayırd etməyi bacarmasaq, gələcəkdə onlarının maraqlarının qurbanlarına çevrilə bilərik”. 

Bəs, Ermənistan bu əməkdışlıqdan yararlanıb öz silah arsenalını bizimlə balanslaşdıra bilərmi? 

Sualı cavablandıran ekspert, “Ermənistan o iqtisadi gücə malik deyil ki, yüksək qiymətlərə malik müasir silahlar əldə etsin. Başqa tərəfdən, Azərbaycanın müasir silahları işğal edilmiş ərazilərimizin azad edilməsinə səbəb olmursa, o zaman bu silahların keyfiyyəti, kimdən və neçəyə alınması nə əhəmiyyət daşıyır? Silah satan dövlətlər öz iqtisadi bəhrələrini götürürlər və ədalətin bərqərar edilməsi onların maraq dairələrinə daxil deyil”, - deyə bildiridi.

Məqalədə : Rövşən Əhmədli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7276

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6124

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7670

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7614

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10877

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7352
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 22:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru