Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2019
11:20
`ABŞ Hindistana kimdən silah alıb-almayacağını diktə edə bilməz`

Dünyadakı heç bir dövlətin, o cümlədən ABŞ-ın Hindistana Rusiyadan hərbi texnika alıb-almaması ilə bağlı göstəriş verməyə haqqı yoxdur. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bunu Hindistanın Xarici İşlər Naziri Subramaniam Jayshanqar Rusiya Federasiyasından son zamanlarda S-400 zenit-raket sistemlərinin alınması məsələsini şərh edərkən söyləyib. 

Hindistanın Xarici İşlər naziri hərbi texnikanın alınması, həmçinin tədarükçülərin seçimi mövzularının daim ölkəsinin "suveren hüququ" olaraq qaldığını vurğulayıb.

"Bu, bizim seçim azadlığımızdır və inanırıq ki, bunu tanımaq hər kəsin marağında olacaq", - deyə nazir əlavə edib.

2018-ci il oktyabrın əvvəlində Rusiya və Hindistan S-400 sistemlərinin tədarükü üçün müqavilə imzalayıb. Ən son zenit raket sistemlərinin beş alayı Yeni Dehliyə 5.43 milyard dollara başa gələcək.

Məqalədə : S-400 Hindistan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
210

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
221

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
333
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 00:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru