Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2019
10:39
Zakir Qaralov: Fuad Qəhrəmanlı barəsində prokurorluğa şikayət olunub

"Qadın və uşaqların hüquqlarını müdafiə edən bəzi qeyri-hökmət təşkilatları Baş Prokurorluğa AXCP-nin keçmiş sədr müavini Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi işgəncələr, izdirablar, ağır xəsarətlər yetirilməsi ilə bağlı onun cinayət məsuliyyətinə cəlb olunması üçün müraciət ediblər".

Bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin müraciət hazırda Baş Prokurorluqda baxılma mərhələsindədir: "Sözsüz ki, biz ilk növbədə zərərçəkmişlərin, həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənməliyik. Bundan sonra qanun çərçivəsində qərar qəbul olunacaq".

"Xüsusilə onu vurğulamaq istərdim ki, bu gün özünü müxalifət adlandıran, özlərini vətəndaşların hüquqlarının müdafiəsi kimi cəmiyyətə təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz, vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar. Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərliyinin də bundan xəbəri olub və təəssüflər olsun ki, onlar da vaxtında heç bir tədbir görməyib, heç bir məlumat verməyiblər", - deyə, Z.Qaralov bildirib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
1106

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1189

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
210

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
180

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
210

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
170

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
210

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
211
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 21:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru