
Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minumum məbləği sabahdan, oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Dövlət başçısının cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi.
Oktyabrın 1-dən isə pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edəcək.
Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılacaq. Bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.
Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamları ilə dövlət qulluqçularının, hərbi qulluqçuların, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşlarının, xüsusi rütbəli şəxslərin və b. əməkhaqları cari il sentyabrın 1-dən ciddi şəkildə artırılıb .Bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının orta hesabla 31 faiz artmasına imkan verib.
Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilən ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasını təmin edib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addımdır.

Bakıda bağçalarda uşaqlara geyim və kakao alınması adıyla 2 mln. manata qədər pul qanunsuz xərclənib
15
Aprel08-04-2021 12:07 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
16-06-2020 14:08 Pensiya təminatı sistemində köklü dəyişiklikləri əks etdirən layihə hazırlanır
10-06-2020 14:16 Zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanl
08-06-2020 10:02 Bu rayonlarda güzəştli pensiya alanların nəzərinə - Dəyişikliklər var
19-05-2020 09:40 520 nəfər işsizə fasilə dövrü üzrə təqaüdlər ödənilir
18-05-2020 15:50 Ailə başçısını itirməyə görə pensiya təminatına dəyişiklik ola bilər
- 15-04-2021 10:59 Azərbaycan nefti kəskin bahalaşıb
- 15-04-2021 09:59 Neft kəskin bahalaşıb
- 15-04-2021 09:12 AMB-nin valyuta məzənnələri
- 14-04-2021 14:10 İran neft hasilatını artırır
- 14-04-2021 10:48 Azərbaycan nefti bahalaşıb
- 14-04-2021 09:25 Neftin bahalaşması davam edir
- 14-04-2021 09:11 AMB-nin valyuta məzənnələri
- 13-04-2021 12:58 Azərbaycanda rəsmi şəkildə çalışanların sayı açıqlanıb
- 13-04-2021 10:40 Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçi nə etməlidir? - AÇIQLAMA
- 13-04-2021 10:29 Azərbaycan nefti bahalaşıb
- 13-04-2021 09:23 Neft bahalaşıb
- 13-04-2021 09:11 AMB-nin valyuta məzənnələri
- 12-04-2021 10:11 BVF: Azərbaycanın neft ÜDM-i bu il 0,2%, qeyri-neft ÜDM-i isə 3,5% artacaq
- 12-04-2021 09:20 Neft yenidən bahalaşıb
- 12-04-2021 09:08 AMB-nin valyuta məzənnələri
- 10-04-2021 11:16 Azərbaycan nefti cüzi bahalaşıb
- 09-04-2021 10:35 Azərbaycan nefti bahalaşır
- 09-04-2021 09:19 “Brent” nefti ucuzlaşıb, WTI isə bahalaşıb
- 09-04-2021 09:09 AMB-nin valyuta məzənnələri
- 08-04-2021 17:04 Daha 7 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi - Siyahı
- 08-04-2021 14:09 Ölkədən qanunsuz pul çıxarılması iddiasına - Rəsmi münasibət
- 08-04-2021 12:53 Sığorta bazarında nə dəyişəcək? - Strategiya açıqlandı
- 08-04-2021 10:11 Azərbaycan nefti ucuzlaşıb
- 08-04-2021 09:21 AMB-nin valyuta məzənnələri
- 08-04-2021 09:09 Neft yenidən ucuzlaşıb