Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
12:37
Gəncə hadisələrinə görə tutulan daha 4 nəfər azadlığa buraxılıb

Bu gün Sabunçu Rayon Məhkəməsində "Gəncə işi" ilə əlaqədar Şahin Verdiyev, Elmir Hüseynzadə, Asif Cavadov, Bəkrəm Əliyev və digərlərinin təmsil olunduğu qrupun məhkəmə prosesi başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Bəkrəm Əliyev 15, Həbib Qurbanov 8,  Mirzə Hüseynov 5, Asif Cavadov 5 il azadlıqdan məhrum edilib. 

Vüqar Hüseynov, Emil Məmmədov azadlığa buraxılıblar. Bundan başqa, məhkəmənin qərarı ilə Şahin Verdiyev 2 il, Elmir Hüseynzadə 3 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıblar.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var. (apa)

Məqalədə : Gəncə işi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4343

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2975

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2411

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 22:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru