Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2019
14:12
Saxta ipoteka sənədi hazırlayan mütəşəkkil dəstə üzvləri saxlanılıb - VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan mütəşəkkil dəstənin üzvləri saxlanılıblar. 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, əməliyyat zamanı taksi sürücülərinə qarşı dələduzluq edən əvvəllər məhkum olunmuş Elməddin Kazımov, Elçin Behbudov, həmçinin Samir Hüseynli və Vüsal Zöhrabov müəyyən edilərək tutulublar.

Qeyd edək ki, taksi sürücülərinə qarşı dələduzluq etmək təklifi əvvəlcə dəstə üzvü E.Kazımovdan gəlib.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri Bakının Nizami və Xətai rayonları ərazilərində yerləşən metro stansiyalarının yaxınlığında ayrı-ayrı taksi sürücülərinə müştəri kimi yaxınlaşaraq yalandan internetdən əldə etdikləri üzərində kənar şəxsə aid fotoşəkil olan sənədi guya ipoteka arayışı kimi təqdim edib dedikləri ünvana çatdırılmasını xahiş ediblər. Bundan sonra saxlanılanlardan biri taksi sürücüsünü kənarda dayanan digər dəstə üzvü ilə telefonla danışdırıb. Həmin şəxs isə taksi sürücüsündən yanında olan adama müxtəlif məbləğdə pul verməsini xahiş edib, sənədi ona çatdırdıqda həmin pulu əlavə zəhmət haqqı ilə birlikdə artıqlaması ilə ödəyəcəyini yalandan vəd edib. Taksi sürücüləri sənədi alıb dəstə üzvlərindən ona yaxınlaşan şəxsə pulu verib deyilən ünvana getdikdə isə onu qarşılayan şəxsin olmadığını görüb dələduzluq yolu ilə aldadıldığını və ipoteka sənədi adı altında ona verilən arayışların saxta olduğunu anlayıblar.

Qeyd edək ki, saxlanılan dəstə üzvlərindən biri V.Zöhrabovun üzərində şəxs axtarış aparılan zaman ondan 0,420 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib.

Hazırda dəstə üzvlərinin hüquqazidd əməllərindən zərərçəkmiş şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarziə İdarəsinə müraciət edə bilərlər. Həmçinin vətəndaşların özlərinin də bu tipli dələduzların toruna düşməməsi üçün ayıq-sayıq olmaları tövsiyə edilir.

Məqalədə : saxta ipoteka sənədi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
260

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
221

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
266

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
299

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
261

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
441
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 03:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru