Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
15:47
574
`Instagram` hesabınız təhlükədə

Kibertəhlükəsizlik məsələləri ilə məşğul olan “Naked Security” şirkətinin mütəxəssisləri “Instagram” sosial şəbəkəsində yeni fırıldaqçılıq üsulu aşkarlayıblar. Bu barədə şirkətin saytında deyilir.

Mütəxəssislərin məlumatına görə, əvvəlcə istifadəçilərin poçtuna əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar onların “Instagram” hesabının 24 saat sonra bloklanacağı barədə elektron məktub göndərilir. Ekspertlər məktubun çoxlu qrammatik səhvlərə yol verilməklə tərtib olunmasına diqqət yetiriblər.

Bildirilir ki, məktubda aktiv keçidə malik “Copyright Objection Form” (Əqli mülkiyyət hüquqlarının pozulmasına etiraz forması) adlı düymə yer alıb. İstifadəçiyə hesabın bloklanmaması üçün onun üzərinə basmaq təklif olunur. Düyməyə basılan zaman “Instagram”da elektron ünvanı “.com” ilə deyil, “.cf” ilə bitən saxta səhifəyə keçid baş verir.

Səhifədə istifadəçiyə doğum tarixi, elektron poçt ünvanı və “Instagram” parolunun daxil edilməsi təklif olunur. Daha sonra bu məlumatları daxil edən istifadəçi “Instagram” şəbəkəsində mövcud olan profil səhifəsinə yönləndirilir.

Ekspertlər tərəfindən istifadəçilərə elektron poçta daxil olan məktubları diqqətlə oxumaq və hesab parolunun oğurlanması zamanı onu ələ keçirməyi çətinləşdirən ikifaktorlu autentifikasiyadan istifadə tövsiyə edilir.

Məqalədə : İnstagram 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
93

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
455

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
63

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
40

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
45
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 19:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru