Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
12:35
349
Elmar Məmmədyarov beynəlxalq təşkilatlara çağırış edib

"Əməkdaşlığın və əlaqələndirmənin inkişaf etdirilməsi və üzv dövlətlərin beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə imkanlarının gücləndirilməsi üçün Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq, regional və sub-regional təşkilatlar tərəfindən əhəmiyyətli səylər göstərildiyini təqdir edirik".

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında deyib. 

O bildirib: "Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü kimi Azərbaycan Respublikası, dövlətlərin suveren bərabərliyi və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq bu çoxtərəfli platforma çərçivəsində əməkdaşlığın davam etdirilməsində və ikitərəfli əsasda MDB üzv dövlətləri ilə qarşılıqlı faydalı iqtisadi, siyasi, hüquqi və humanitar əlaqələrin inkişafında maraqlıdır.

Dialoq tərəfdaşı kimi Azərbaycan, dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət kimi dəyərlərə/normalara əsaslanan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsəd və prinsiplərini bölüşür və BMT ilə ŞƏT arasında davamlı əməkdaşlığı tam dəstəklədiyini bir daha izhar edir.

Azərbaycan, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, terrorizm, ekstremizm və separatizm, habelə narkotik ticarəti və əlaqəli cinayətkarlığa qarşı mübarizə aparılması, o cümlədən qarşılıqlı maraq və narahatlıq doğuran digər sahələrdə regional əməkdaşlığın təşviq edilməsi üçün ŞƏT ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdən məmnundur.

Birləşmiş Millətlər Təşkilatı və regional təşkilatlar arasında əməkdaşlıq, Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinin təşviq edilməsi baxımından zəruridir. Bir sıra hallarda aydındır ki, regional və sub-regional təşkilatlar bu xüsusda əvəzedilməz mexanizmlərdir.

Bununla yanaşı, ciddi problemlər hələ də mövcuddur. Regional təşkilatlar öz bölgələrinin qarşılaşdıqları təhdid və çətinlikləri dərk etmək bacarığına malik olsalar da, heç də hamısı, onlara üzv dövlətlərin qanunla müəyyən edilmiş müvafiq öhdəliklərinə əməl etmələrini təmin etmək qabiliyyəti, siyasi iradəsi və institusional potensialına sahib deyillər". 

Məqalədə : Elmar Məmmədyarov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil Nazirliyində YENİ TƏYİNATLAR

22

Oktyabr
10:23
ELM / TƏHSİL
8

"Azeri Light" markalı neft ucuzlaşıb

22

Oktyabr
09:48
İQTİSADİYYAT
39

AMB-nin valyuta məzənnələri

22

Oktyabr
09:32
İQTİSADİYYAT
35

Neftin ucuzlaşması davam edir

22

Oktyabr
09:24
İQTİSADİYYAT
34

Xəzərdə zəlzələ olub

22

Oktyabr
09:22
ÖLKƏ
30

Dünya bazarlarında təbii qaz ucuzlaşıb

22

Oktyabr
09:18
İQTİSADİYYAT
33

Pakistan prezidenti Bakıya səfər edəcək

21

Oktyabr
19:58
SİYASƏT
40

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
63
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 10:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru