Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
10:09
355
Messi yenə zədələndə - Kulubdan açıqlama

"Barselona"nın argentinalı futbolçusu Lionel Messinin yeni zədələndiyi açıqlandı.

FaktXəbər-in məlumatına görə, "Barselona" klubundan bildiriblər ki, həkim nəzarətindən keçən Messinin sol ayaq arxa əzələsində dartılma və ağrılar var.

Katalon klubu argentinalı futbolçunun sağalma müddətilə bağlı hər hansı bir məlumat verməyib.

İspaniya mətbuatı isə Messinin La Liganın 7-ci həftəsində səfərdəki "Xetafe" matçında oynamayacağını, 2 oktyabrda UEFA Çempionlar Liqasında "İnter" ilə keçiriləcək qarşılaşmada da oynamasının şübhəli olduğunu yazıb.

Mövsümün ilk məşqində sağ ayaq arxa alt əzələsində dartılma olan Messi, 17 sentyabrdakı "Borussia Dortmund" və 21 sentyabrdakı "Qranada" matçlarında ehtiyat heyətdən oyuna girmişdi.

Argentinalı futbolçu La Liqada bu mövsüm ilk dəfə 6-cı həftədə oynanılan "Villarreal" qarşılaşmasında ilk 11-likdə meydançaya çıxmışdı.

Messi 28-ci dəqiqədə zədələndiyi üçün ikinci hissədə meydançaya çıxmamış, yerinə Osman Dembele iyuna girmişdi.

Məqalədə : Messi Barselona 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azeri Light" markalı neft ucuzlaşıb

22

Oktyabr
09:48
İQTİSADİYYAT
12

AMB-nin valyuta məzənnələri

22

Oktyabr
09:32
İQTİSADİYYAT
28

Neftin ucuzlaşması davam edir

22

Oktyabr
09:24
İQTİSADİYYAT
28

Xəzərdə zəlzələ olub

22

Oktyabr
09:22
ÖLKƏ
24

Dünya bazarlarında təbii qaz ucuzlaşıb

22

Oktyabr
09:18
İQTİSADİYYAT
29

Pakistan prezidenti Bakıya səfər edəcək

21

Oktyabr
19:58
SİYASƏT
40

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
63

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
51
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 09:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru