Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
09:46
ABŞ İran neftinin nəqlinə görə Çinə qarşı yeni sanksiyalar tətbiq edəcək

Vaşinqton ABŞ-ın sanksiyalarına zidd olaraq İran neftini nəql etdikləri üçün Çin şirkətlərinə və onların işçilərinə qarşı yeni sanksiyalar tətbiq edəcək. FaktXeber.com-un  RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo bildirib.

"Biz bəzi Çin şirkətlərinə ABŞ sanksiyalarına baxmayaraq İrandan neft nəqlinə dair iri sövdələşmələrdə qəsdən iştirak etdiyinə görə sanksiya tətbiq edirik...", - deyə o bəyan edib.

Dövlət katibi qeyd edib ki, "bu tədbir İran rejimini kritik gəlirdən məhrum etmək məqsədi daşıyır".

Yeni sanksiyalar aşağıdakı şirkətlərə təsir edəcək: Kunlun Holdinq Şirkəti, COSCO Shipping Tanker (Dalian). Qeyd olunur ki, bu iki şirkət ABŞ-ın sanksiyalar siyahısında əvvəllər qeyd olunan firmalara sahibdir:  China Concord Petroleum Co., Limited, Kunlun Shipping Company Limited, Pegasus 88 Limited, COSCO Shipping Tanker (Dalian) Seaman & Ship Management Co, Ltd.

Məqalədə : Çin sanksiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya "YouTube"un rəqibini yaradacaq

16

Dekabr
11:15
DÜNYA
277

Qusarda kütləvi zəhərlənmə olub

16

Dekabr
10:50
ÖLKƏ
227

AMB-nin valyuta məzənnələri

16

Dekabr
09:44
İQTİSADİYYAT
231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 18:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru