Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
09:18
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın və Ermənistanın XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya - İqor Popov, Fransa - Stefan Viskonti və  ABŞ - Endryu Şofer) BMT Baş Assambleyasının iclasında ayrı-ayrılıqda və birgə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə görüşüblər.

FaktXeber.com-un məlumatına görə, həmsədrlərin görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qoşulub. Onlar, həmçinin ATƏT-in baş katibi Tomas Qreminqerlə, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla və Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli şəxsləri ilə görüşüblər.

Həmsədrlər hər iki nazirə münaqişənin humanitar və təhlükəsizlik aspektləri üzrə bu yaxınlarda Parisdə və Cenevrədə keçirilən məsləhətləşmələri də daxil olmaqla, iyunda Vaşinqtondakı birgə görüşdən sonra fəaliyyətləri haqqında məlumat veriblər.

Həmsədrlər birbaşa əlaqə kanalları da daxil olmaqla, yay dövründə tərəflərin zorakılığın minimallaşdırması üzrə səylərinin müsbət təsirlərini qeyd ediblər və təzəliklə baş verən ölüm hadisəsi ilə bağlı dərin təəssüf hissi ifadə ediblər.

Həmsədrlər və nazirlər gərginliyi azaltmaq, sülh və əsaslı danışıqlar üçün əlverişli şəraiti qorumaq məqsədilə əlavə tədbirlərin müzakirəsini davam ediblər. Həmsədrlər martın 9-da qəbul etdikləri bəyanata istinad edərək, tərəfləri danışıqların nəticələrini pozan və ya onun barədə əvvəlcədən hökm verən ritorikadan istifadəni minimallaşdırmağa çağırıblar.

Həmsədrlər yaxın gələcəkdə regiona səfər etməyi də planlaşdırırlar.

Məqalədə : ATƏT 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
165

Sabahın hava proqnozu açıqlanıb

23

Sentyabr
12:59
ÖLKƏ
176

MTN generalının məhkəməsi başlayıb

23

Sentyabr
11:11
HÜQUQ,HADİSƏ
275

Sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR - VİDEO

23

Sentyabr
10:16
İQTİSADİYYAT
332

AMB-nin valyuta məzənnələri

23

Sentyabr
09:45
İQTİSADİYYAT
280

Azərbaycana payız gəlib

23

Sentyabr
09:16
DÜNYA
355

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
422
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 19:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru