Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
12:23
Tanınmış rəssam Əli Əliyevin fərdi rəsm sərgisi açılıb

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Əli Əliyevin “Azərbaycan naxışları” adlı fərdi rəsm sərgisi açılıb.

FaktXəbər bildirir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşan sərgidə rəssamın 80-dək sənət əsəri yer alır.

Sərginin açılışından öncə rəssam jurnalistlərə açıqlamasında bildirib ki, onun işləri əsasən natürmort-mənzərə janrında iriölçülü kompozisiyalardır. Bu kompozisiyalar əsasən milli məişət üslubunda, etnoqrafik səpkidə, real və özünəməxsus janrdadır. Vurğulayıb ki, o, qrafika, qrafiki dizayn, illüstrasiya, kitab-jurnal tərtibatı janrlarında, eləcə də müxtəlif monumental dizayn və tərtibat sahələrində çalışır. Əsərləri bəzi dövlət idarələri və şəxsi kolleksiyalarda saxlanılır.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamın yaradıcılığından və sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, rəssamın yaradıcılığı olduqca zəngindir: “Bu gün Əli Əliyevin sayca ikinci olan bu fərdi sərgisində maraqlı əsərlər yer alır. Bu əsərlərin içində təbiət mövzusunda natürmortlar da var. Rəssamın burada nümayiş olunan rəngkarlıq janrında olan əsərləri onun yaradıcılıq və sənətə olan bağlılığını əyani şəkildə göstərir”.

Sərgidə təqdim olunan sənət əsərlərinin məna və məzmun baxımından dolğunluğuna diqqət çəkən Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev deyib ki, incəsənətin müxtəlif növləri yaranandan onun daxilində müəyyən mübarizə baş verməkdədir. Bu mübarizə ənənəviliklə müasirliyin mübarizəsidir. “Bu mübarizəni Əli Əliyevin yaradıcılığında açıq-aşkar görə bilirik. Rəssamın ənənəvi qəbul olunan, müasirliklə əlaqəli olan əsərləri zəngin yaradıcılığı özündə ehtiva edir. O, natürmortla ən dərin və mükəmməl mövzuları əhatə edir. Ona yeni yaradıcılıq uğurları arzulayır, sərgi münasibətilə təbrik edirəm”, - deyə Z.Əliyev söyləyib.

Əməkdar incəsənət xadimləri Rafiq Kərimov və Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədov çıxış edərək rəssamın yaradıcılığından bəhs edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi bir həftə ziyarətçilər üçün açıq olacaq.

Məqalədə : Tanınmış rəssam Əli Əliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
144

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
176

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
326

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
155

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
175

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
275

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
412

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
287
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 00:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru