Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
12:10
294
UEFA Bakıda 50 min ağac əkdirəcək

UEFA gələn il Bakıda ağac əkdirəcək.

Bu, Avropa çempionatının keçirilməsinin 60 illiyi ilə bağlı olacaq.

Belə ki, UEFA-nın İcraiyyə Komitəsi 2020-ci ilin 12 iyun – 12 iyul tarixlərində baş tutacaq Avro-2020-nin 12 ev sahibi üçün belə bir sosial xeyriyyə aksiyası keçirilməsinə qərar verib. Bakı ilə yanaşı, London, Münxen, Roma, Sankt-Peterburq, Buxarest, Amsterdam, Dublin, Bilbao, Budapeşt, Qlazqo və Kopenhagen şəhərlərində ümumilikdə 600 min ağac əkiləcək. Bu isə hər şəhərə 50 min ağacın düşməsi deməkdir.

UEFA prezidenti Aleksandr Çeferin açıqlamasında bunun karbon qazının qarşısının alınması ilə əlaqələndirib. O bildirib ki, hər zaman bu şəhərlərə səfərlər zamanı onların avtomobillərinin ixrac etdiyi karbon qazının zərərsizləşdirilməsi üçün belə bir addım atılacaq. 

Qeyd edək ki, Bakıda Avro-2020-nin dörd oyunu keçiriləcək. Bunlardan üçü qrup, biri isə 1/4 final matçı olacaq.

Bundan başqa, rəqabət üçün balansın qorumasını istəyən UEFA xüsusi hesabatı müzakirə edib. “Böyük beşlik” liqalarının qazanclarının digərlərindən qat-qat artıq olması, bunun da bərabər rəqabətə maneçiliyi diqqətə çatdırılıb. Azərbaycan da daxil olmaqla digər 50 liqanın ödənişlərinə baxılması, balans yaradılması üçün addımlar atılması nəzərdə tutulub.

Məqalədə : UEFA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

22

Oktyabr
11:29
HÜQUQ,HADİSƏ
5

Bakı metrosunda qatarda nasazlıq yaranıb

22

Oktyabr
10:49
HÜQUQ,HADİSƏ
24

Təhsil Nazirliyində YENİ TƏYİNATLAR

22

Oktyabr
10:23
ELM / TƏHSİL
37

"Azeri Light" markalı neft ucuzlaşıb

22

Oktyabr
09:48
İQTİSADİYYAT
57

AMB-nin valyuta məzənnələri

22

Oktyabr
09:32
İQTİSADİYYAT
48

Neftin ucuzlaşması davam edir

22

Oktyabr
09:24
İQTİSADİYYAT
45

Xəzərdə zəlzələ olub

22

Oktyabr
09:22
ÖLKƏ
42

Dünya bazarlarında təbii qaz ucuzlaşıb

22

Oktyabr
09:18
İQTİSADİYYAT
47

Pakistan prezidenti Bakıya səfər edəcək

21

Oktyabr
19:58
SİYASƏT
42
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 11:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru