Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
10:47
205
Yol Polisi velosiped və moped sürənlərə xəbərdarlıq edib - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən davamlı olaraq aparılan maarifləndirmə və təbliğat xarakterli tədbirlər bu dəfə ölkəmizdə sayı artmaqda olan velosipedçilərə və moped sürücülərinə həsr olunub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, velosiped və moped sürücüləri əməl etməli olduqları tələbləri bir daha xatırlamaları və yollarda üzləşə biləcəkləri təhlükələrin qarşısının alınması üçün Abşeron rayonu, Masazır, Xırdalan və Binəqədi qəsəbələrində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış bukletlər yol hərəkəti iştirakçılara təqdim olunub. 

Tədbirdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları,  velosiped və moped sürücülərinə bir daha yol hərəkəti qaydalarına riayət etmələrini, yollarda yalnız yolun sağ hissəsi ilə hərəkət edərək digər hərəkət iştirakçılarına və özlərinə təhlükə yaratmamağı tövsiyə etmişlər. İdarə etməyə mane olan yük daşınmamalı, təhlükəsizlik dəbilqəsindən istifadə olunmalı və hərəkətdə olarkən telefondan istifadə edilməməlidir. 

Bu cür profilaktik maarifləndirilmə tədbirləri bütün ölkə ərazisində davam etdirilir.

Məqalədə : YOL POLİSİ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
98

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
115

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
38

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
51

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
32

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
31

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
53
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 17:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru