Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2019
15:43
“Azərpoçt” dələduzluq halları ilə bağlı əhaliyə müraciət edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” ölkə vətəndaşlarına müraciət edib.

Müraciətdə bildirilir:

“Son zamanlar “Azərpoçt”un loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur. Mesajların mövzusu təxminən belədir: “Təbriklər, “Azərpoçt” istifadəçiləri. Daxil olduğunuz üçün təşəkkür edirik! Yeni “Samsung Galaxy 10” cihazını qazanmaq üçün sizə daha bir şans veririk. Tək edəcəyiniz düzgün hədiyyə qutusunu seçməkdir”.

Mesajda yazılanları icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur. Müəyyən məbləğ ödədikdən sonra hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda yazılanlara aldanan vətəndaşların bank kartlarında olan hesablarındakı vəsait mənimsənilir.

NRYTN yanında Elektron Təhlükəsizlik Xidməti bu cür hallarla rastlaşan vətəndaşların nəzərinə çatdırır ki, internetdən istifadə zamanı veb brauzeriniz sizi başqa bir sayta yönləndirirsə, bu, o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla (adware) yoluxub. Bu halda telefonunuza həmin saytdan arzuolunmaz “pop-up” reklamlar gəlir, eyni zamanda, zərərli proqramlar yüklənir. Bundan başqa, qarşınıza çıxan reklam banerində "Əgər 18+ yaşınız varsa, kliklə" mesajı ilə bu saytdakı bildirişlərə abunə olmağınız istənilir. Əgər "İcazə ver" düyməsini “klik”ləsəniz, brauzerinizin bağlı olmasına baxmayaraq, saxta “pop-up” reklamları mobil qurğunuzun ekranında və ya kompüterinizin işçi masasında (desktop) görünməyə başlayacaq. Bu tip veb saytlar istifadəçinin internet brauzerindən IP ünvanı, veb-brauzerinin versiyası, istifadəçinin ölkəsi və s. kimi müxtəlif məlumatları oxuyur.

Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır. Problemin həll olunması üçün “Windows” idarəetmə panelindən istifadə edərək, son yüklənilən zərərli (xəbəriniz olmadan) proqramları kompüterinizdən təmizləmək, “Chrome” və ya digər brauzerlərin tənzimləmələr bölməsindən həmin resursdan olan uzantıları (extension) silmək tələb olunur. Brauzerinizdəki uzantılardan hansının zərərli olduğunu bilmədiyiniz halda bütün uzantıları silməyiniz tövsiyə olunur. Mobil telefonunuzu və ya kompüterinizi etibarlı (lisenziyalı) antivirus proqramı ilə yoxlayın (skan edin) və viruslardan təmizləyin.

“Azərpoçt” və ETX məsələ ilə bağlı araşdırmaları davam etdirir. Belə hallarla qarşılaşan vətəndaşların nəzərinə çatdırırıq ki, mobil telefonlara göndərilən bu cür saxta mesajların quruma heç bir aidiyyəti yoxdur.

İstər dövlət istərsədə özəl qurumlar mütəmadi olaraq belə xoşagəlməz hallarla qarşılaşırlar. Ona görə də vətəndaşlardan diqqətli olmalarını xahiş edirik”. 

Məqalədə : Azərpoçt 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dövlət büdcəsində 418 milyon manat qalıq yaranıb

17

Fevral
18:12
İQTİSADİYYAT
290

Ədliyyə nazirindən yeni təyinat

17

Fevral
17:39
SİYASƏT
402

Fevralın 18-nə manatın məzənnəsi

17

Fevral
17:34
ÖLKƏ
233

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

17

Fevral
16:35
NƏQLİYYAT
301

MSK-nın iclası keçirilir - YENİLƏNİR

17

Fevral
16:27
SİYASƏT
2168

DSMF-də yeni idarələr yaradıldı

17

Fevral
15:44
ÖLKƏ
399

Vilayət Eyvazovdan yeni təyinat

17

Fevral
15:40
ÖLKƏ
332

13 bağ evini qarət edən şəxslər tutulub - FOTO

17

Fevral
14:58
HÜQUQ,HADİSƏ
342

8 yaşında qocalıqdan öldü

17

Fevral
13:39
MARAQLIDIR
378
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2020 06:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru