Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2019
15:18
466
DİN texniki baxışa görə rüsumun artırılmasını şərh edib

Xəbər verildiyi kimi, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması planlaşdırılır. Belə olacağı təqdirdə bu sahədə vətəndaşlarımızı hansı yeniliklər gözləyir?

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bununla bağlı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırda Daxili İşlər Nazirliyi tərəfindən zəruri tədbirlər görülür ki, bunlardan biri də avtonəqliyyat vasitələrinə texniki baxış sisteminin təkmilləşdirilməsidir:

“Bu sahədəki yeniliyin əsas məqsədi istismara yararsız, nasaz vəziyyətdə olan avtomobillərin iştirakı ilə baş verən qəzaların sayının minimallaşdırılması, ətraf mühiti çirkləndirmə səviyyəsinin aşağı salınması və bir sıra hallarda nəqliyyat vasitələri sahiblərinin narazılığına səbəb olmuş neqativ halların aradan qaldırılmasıdır. Eyni zamanda, nəqliyyat vasitələrinin yanacaq sərfiyyatının və akustik səs effektinin azalmasına nail olunması, baxımlı nəqliyyat vasitəsinə, daha keyfiyyətli avtomobil parkının yaradılması hədəflənir. Ən başlıcası texniki baxışı operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında təşkil etməklə vətəndaş məmnunluğunun təmin olunmasıdır. O ki, qaldı texniki baxış üçün nəzərdə tutulan dövlət rüsumuna, qeyd edim ki, təklif olunan 30 manat və ya 17 ABŞ dollarına bərabər olan bu rüsum bir sıra dövlətlərdəki analoji məbləğlərlə müqayisədə xeyli aşağıdır. Məsələn, Avropa ölkələrində texniki baxış üçün rüsum təxminən 150, qonşu Gürcüstanda isə hətta 20 ABŞ dollarıdır. Müasir avadanlıqlar və müayinə sistemləri ilə təchiz edilmiş yeni Texniki Baxış Mərkəzlərinin yaradılması ilə yanaşı, planlaşdırdığımız tədbirlər sırasında bu mərkəzlərdə vətəndaş axınının idarə olunması, onları qarşılama, dinləmə, izah etmə, bir sözlə vətəndaş məmnunluğuna xidmət edəcək digər vacib məsələlərin həlli də nəzərdə tutulub”.  

Qanun qəbul ediləcəyi halda, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında müzakirə olunacaq.

Məqalədə : texniki baxış 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
100

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
119

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
38

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
51

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
32

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
31

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
53
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 17:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru