Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2019
09:58
561
Sizdə də qanazlığı ola bilər: NƏ ETMƏLİ?

Səhərlər yuxudan yorğun oyanırsınızsa, özünüzü halsız hiss edirsinizsə, unutqanlığınız artıbsa, saçlarınız zəifləyibsə sizdə qan azlığı ola bilər. Qan azlığının əsas səbəblərindən biri də dəmir çatışmazlığıdır.

Xüsusilə qadınların böyük əksəriyyətinin ortaq problemi dəmir əskikliyi və qansızlıqdır.

Qan azlığının əlamətləri nələrdir?

- Rəng solğunluğu.

- Səhər yorğunluğu, gün ərzində halsızlıq, enerji azlığı.

- Soyuğa dözümsüzlük, normadan çox üşümə.

- Dırnaqlarda qırılma, əyilmə.

- Dildə düzləşmə, qızartı.

- Nəfəs çatışmazlığı, tez yorulma.

- Ağız kənarında çatlar yaranması.

- Əsəbilik.

- Konsentrasiya pozğunluğu.

- Tez-tez xəstələnmə, immunitet sistemində zəiflik.

Necə müalicə etməli?

- Həftədə 2-3 gün ən az 100 qram qırmızı ət yeyin.

- Həftədə bir neçə gün səhərlər yumurta yeyin.

- Həftədə ən azı 2 gün quru lobya, noxud, mərcimək yeyin.

- Qatıq yeyin, ayran için.

- Süd məhsullarının tərkibindəki kalsium dəmir çatışmazlığının aradan qaldırılmasında böyük rol oynayır.

- Çay və qəhvə az içməyə çalışın. Xüsusilə səhər yeməyində açıq rəngli çay için, yanında da limon olsun.

Qan artıran qidalar

- Mal əti ilə yanaşı, onun qaraciyərinin qızardıb yeyilməsi də qanı artırır.

- Göy soğan.

- İspanaq.

- Alma qurusu.

- Nar.

- Sarı və ya qara kişmiş.

- Bəhməz.

- Çuğundur. Həm çiy, həm də bişmiş halda yemək olar. Şirəsini içmək də çox faydalıdır.

- Qara üzüm.

- Alma.

- Keçibuynuzu.

- Tünd yaşıl yarpaqlı tərəvəzlər.

Məqalədə : qanazlığı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
95

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
459

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
64

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
40

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
45
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 19:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru