Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2019
09:45
Azərbaycanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb

Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü iclasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb.

FaktXeber.com-un məlumatına görə, nazir Elmar Məmmədyarov Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi mühüm əhəmiyyəti baş katibin diqqətinə çatdırıb. Tərəflər ATƏT-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən Azərbaycanın iştirakı ilə həyata keçirilən və ATƏT məkanında iqtisadi inkişafa töhfə verən layihələr üzrə fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin ATƏT-lə Azərbaycan arasında mövcud əməkdaşlıq proqramları nəzərdən keçirilib.

Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun regional sülh və təhlükəsizliyə başlıca təhdid olduğunu qeyd edib. Daha sonra xarici işlər naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin mövcud vəziyyəti, o cümlədən Minsk Qrupunun Həmsədrləri ilə Nyu-Yorkda baş tutmuş ən son görüş barədə həmsöhbətinə ətraflı məlumat verib.

Nazir Məmmədyarov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı və BMT TŞ-nin müvafiq qətnamələri əsasında, eləcə də ATƏT və digər təşkilatların qərar və qətnamələrinə uyğun olaraq həllinin vacibliyini vurğulayıb. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyə, eləcə də tərəqqiyə nail olmaq üçün münaqişənin həllinin vacib şərt olduğunu bildirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Məqalədə : Məmmədyarov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42457

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
40840

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42342

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
41849

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47357

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41807

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42216
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2020 10:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru