Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2019
20:35
509
Azərbacan-İran sərhədind əsgərimiz bıçaqlandı - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop mad­dələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mü­ha­fizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmə­tinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, 20 sentyabr tarixində, saat 21:05 radələrində Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazi­sin­də Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu avtomo­bilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli apar­­ması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs gizlin yerdən bağ­la­ma götü­rərək hadisə yerin­dən uzaq­laş­mağa cəhd edərkən sərhədçilər tərə­findən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalış­ıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət gös­tərib, baş leytenant Al­lahverdi İsmayılova bı­çaq ilə xəsarət yetirib. Buna baxmayaraq sər­hədçi zabit şücaət nü­mayiş etdirib və cinayətkarı tərkisilah edərək saxlayıb.

Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yar­­­dım göstərilmişdir, vəziyyəti qənaətbəxşdir.

Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilmiş, əraziyə atılmış bağla­maya baxış zamanı içərisində 1 kq 125 qram “marixuana”, 1 kq 10 qram “tiryək” və 450 qram “heroin” narkotik vasitə aşkarlanaraq götürülmüşdür. 

İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış digər şəxsin saxla­nılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilmiş, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılmışdır. Nəticədə hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndi­nin yaxınlığında saxlanılmışdır. Həmin şəxsin 1979-cu il təvəl­lüdlü Naxçıvan MR, Babək ra­yon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilmiş, avto­mo­bi­lin içərisindən 55 qram “tiryək” narkotik vasitə və şəxsi əşyalar aşkarla­naraq götürülmüşdür.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam et­di­rilir.

Məqalədə : sərhəd zastavası narkotik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
98

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
115

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
38

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
51

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
32

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
31

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 17:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru