Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2019
15:27
706
`Yəmənli uşaqlar fərq edilmələri üçün özlərini neftlə örtməlidirlər`

Vaşinqton və Ər-Riyad Səudiyyənin neft obyektlərinə hücumda Tehranı ittiham etməyə tələsdilər. Sübutların olmamasına baxmayaraq, Amerika mediası onların iddialarını həvəslə qəbul etdi. FaktXeber.com-un verdiyi məlumata görə, bunu  dünyaca məşhur satirik, stand-up janrında çıxış edən fəal, eyni zamanda Redakted Tonight proqramının müəllifi və aparıcısı Li Kemp bəyan edib.

O, hücumların ötən həftə sonu Yəmənin "Ənsarullah" hərəkatının üzvləri tərəfindən edildiyini, lakin ABŞ və Səudiyyə Ərəbistanının İranı günahlandırdıqlarını, sübut kimi isə İranın olduğu ehtimal edilən  silahların yandırılmış qalıqlarını təqdim etdiklərini xatırladıb.

"Redacted Tonight" Komediya şousunun aparıcısı, Donald Trampın illərdir adi bir yalançı kimi tanınmasına baxmayaraq, İrana qarşı ittihamlarının mediada üçün əsas olduğuna diqqət çəkib:

"Yəqin bu onlara sərf edir... On illərdir məhv etməyə çalışdığımız ölkələrlə müharibələrin başlanmasına gəldikdə, Tramp heç vaxt yalan danışmaz. Üstəlik, zərərçəkən illərdir Amerika silahı ilə Səudiyyənin bombadağaı yəmənli uşaqlar deyil, Səudiyyənin neftidir."

Dünyanın həqiqətən narahat edən yeganə şeyin neft  olduğunu deyən Kemp sözlərinə belə davam edib: "Yəmənlilər medianın onları nəhayət fərqinə varması üçün "özlərini neftlə örtməyə" çalışmalıdırlar".

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Məqalədə : Yəmən 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
109

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
76

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
29

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
135

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
48
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 22:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru