Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2019
09:31
734
İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanır

Bu gündən İranın Şərqi Azərbaycan vilayətinin bəzi orta məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq.

Bunu İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin təhsil və təlim idarəsinin baş direktoru Cəfər Paşayi deyib.

C.Paşayinin sözlərinə görə, bu barədə vilayətin təhsil-təlim şurasında qərar verilib.

Direktor əlavə edib ki, qərara əsasən Azərbaycan dilinin tədrisi pilot layihə çərçivəsində həftədə iki saat olacaq.

İdarə rəsmisi artıq məktəblər və müəllimlərin sayının müəyyənləşdiyini deyib.

Şərqi Azərbaycan vilayətinin orta məktəblərində Azərbaycan dilinin tədrisinin əhəmiyyətini vurğulayan Paşayi bildirib ki, İran konstitusiyasının 15-ci maddəsi yerli dillərin tədrisinə imkan verir.

İranın Ərdəbil vilayətinin islam şurasının sədri Yaqub Haşemi şuranın iclasında deyib ki, Ərdəbildə Azərbaycan dilinin tədrisi diqqət mərkəzində durmalıdır.

Y.Haşeminin sözlərinə görə, İran konstitusiyasına əsasən, Azərbaycan türkcəsi tədris edilməlidir.(Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
52

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
333

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
151

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
137

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
55
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 05:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru