Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2019
13:31
1783
Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı davam edir. FaktXeber.com-un məlumatına görə, səkkizinci yarış günündə sərbəst güləş üzrə son çəki dərəcələrində - 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib. Azərbaycan güləşçilərindən ikisi adını yarımfinala yazdırıb.

Yarışa 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov (61 kq) sensasiyaya imza ataraq kubalı dünya çempionu Yovlis Bonne Rodrigerə 7:0 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib. Lakin o bu uğurunu növbəti mərhələdə davam etdirə bilməyib. Yarımfinala gedən yolda Behnam Eşaq Ehsanpur (İran) təmsilçimizi 13:12 hesabı ilə məğlub edib. 

Cəbrayıl Həsənov (79 kq) da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisi Dmitri Tkaçenkonu 7:0 hesabı ilə yenərək 1/4 finala adlayıb. İkinci qarşılaşmasında Qalimjan Usserbayevlə (Qazaxıtsatn) üz-üzə gələn pəhləvan yarımfinala yüksəlməkdə çətinlik çəkməyib. O, bu dəfə rəqibinə 13:4 hesabı ilə qalib gəlib. C. Həsənov yarımfinalda Taymuraz Salkazanovu (Slovakiya) sınağa çəkəcək. 

Aleksandr Qostiyev (86 kq) ilk görüşdə Özbəkistan idmançısı Cavrail Şapiyevə 1:4 hesabı məğlub olub. Onun rəqibi isə finala yüksələ bilmədiyindən güləşçi yarışla vidalaşıb. Bu təmsilçimizi Olimpiya lisenziyası qazanmaqdan da məhrum edib. 

Şərif Şərifov (97 kq) təsnifat mərhələsində koreyalı Minvon Seonu üstələyib - 4:1. Olimpiya, dünya və Avropa çempionu Ukrayna güləşçisi Valeri Andreytsova da gücünü göstərərək (4:0) adını 1/4 finala yazdırıb. O, yarımfinal üçün Elizbar Odikadze (Gürcüstan) ilə qüvvəsini sınayıb və bu görüşdən də qalib ayrılıb - 6:0. Bu qələbə Ş. Şərifova həm yarımfinala, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyası verib. 

Bu çəki dərəcələrindən 86 kq və 97 kq-da ilk “6-lıq”da yer alacaq güləşçilər Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ da qazanacaqlar. 

Qeyd edək ki, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub. Yığmanın heyətində Mariya Stadnik (50 kq) qızıl, Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Elis Manolova (65 kq) bürünc medal qazanıb. M. Stadnik çempion olmaqla yanaşı, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda qatarda nasazlıq yaranıb

22

Oktyabr
10:49
HÜQUQ,HADİSƏ
23

Təhsil Nazirliyində YENİ TƏYİNATLAR

22

Oktyabr
10:23
ELM / TƏHSİL
37

"Azeri Light" markalı neft ucuzlaşıb

22

Oktyabr
09:48
İQTİSADİYYAT
56

AMB-nin valyuta məzənnələri

22

Oktyabr
09:32
İQTİSADİYYAT
47

Neftin ucuzlaşması davam edir

22

Oktyabr
09:24
İQTİSADİYYAT
45

Xəzərdə zəlzələ olub

22

Oktyabr
09:22
ÖLKƏ
41

Dünya bazarlarında təbii qaz ucuzlaşıb

22

Oktyabr
09:18
İQTİSADİYYAT
47

Pakistan prezidenti Bakıya səfər edəcək

21

Oktyabr
19:58
SİYASƏT
41
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 11:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru