Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Sentyabrın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində “VAZ-2109” markalı avtomobil şübhə doğurduğundan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman qəflətən avtomobildən düşən sərnişin üzərində gəzdirdiyi tapança ilə polis əməkdaşlarını hədələyərək aradan çıxmağa müvəffəq olub. Polis əməkdaşları tərəfindən həmin şəxsin Ağagül adlı Giləzi qəsəbə sakini olması müəyyən edilmişdir. FaktXeber.com-a bu barədə DİN-dən məlumat verilib.
Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı 65 ədəd tapança patronu, 1 ədəd patron darağı, 2 ədəd kabura, habelə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağagül Ağayev Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yaşadığı evin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"EuroHome”da yanğınla əlaqədar avtobusların intervalında gecikmələr yaranıb
10
Dekabr
Xırdalanda baş verən partlayışda sahə rəisi və 5 yaşlı oğlu xəsarət alıb
10
Dekabr
Bakıda dəhşətli yanğını söndürmək üçün əraziyə helikopter cəlb edildi - FOTO-VİDEO
10
Dekabr
“ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb
09
Dekabr
Müdafiə Nazirliyindən Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri barədə açıqlama
09
Dekabr
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyət verilir
09
Dekabr
Azərbaycanda "Vertolyotların əsaslı təmiri və servisi mərkəzi"nin təməli qoyulub
09
Dekabr- 10-12-2019 10:15 Xırdalanda baş verən partlayışda sahə rəisi və 5 yaşlı oğlu xəsarət alıb
- 10-12-2019 09:38 Bakıda dəhşətli yanğını söndürmək üçün əraziyə helikopter cəlb edildi - FOTO-VİDEO
- 09-12-2019 20:20 Bakıda ticarət mərkəzində qadın özünü bıçaqlayıb
- 09-12-2019 16:04 Bakıda yolu keçən qadını maşın belə vurdu – REAL VİDEO
- 09-12-2019 16:00 Vilayət Eyvazov Bağırova VƏZİFƏ VERDİ
- 09-12-2019 13:16 DİN-dən Bakıda ögey ananın azyaşlılara işgəncə verməsi məsələsinə RƏSMİ REAKSİYA
- 09-12-2019 13:15 Məhkəmə Telman İsmayılovun evini satışa çıxardı
- 09-12-2019 13:08 Şənbə günü yol qəzalarında 4 nəfər ölüb
- 09-12-2019 12:30 "Qızım İlkinin evində öldü" - Atası DANIŞDI
- 09-12-2019 11:42 Dəm qazı ölümləri ilə bağlı cinayət işi başlanıb
- 09-12-2019 11:41 Xırdalanda partlayış olub, xəsarət alan var
- 09-12-2019 11:15 Gəncədə ailə faciəsi
- 09-12-2019 10:57 ABŞ-ın Azərbaycandakı səfirliyinin attaşesi qəzaya düşüb
- 09-12-2019 10:51 Ötən gecə Bakıda 31 yaşlı kişini qətlə yetirən şəxs saxlanıldı
- 09-12-2019 10:35 Bakıda İraq səfirinin müşavirinin avtomobili yanıb
- 09-12-2019 10:21 Yanmış evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub
- 09-12-2019 08:34 Bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
- 09-12-2019 08:30 Bakıda bacı və qardaş bıçaqlanıblar
- 06-12-2019 16:23 Bakıda hüquqşünas döyülüb
- 06-12-2019 14:30 Yunis Səfərovun ibtidai istintaqı başa çatıb, iş məhkəməyə göndərilib
- 06-12-2019 12:28 Prokuror Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə cəza istəyib
- 06-12-2019 11:55 Balaca "KİA" yük maşınını belə vurub aşırdı - ANBAAN VİDEO
- 06-12-2019 11:08 DİN: Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb
- 05-12-2019 17:39 Yol qəzası törədib hadisə yerindən qaçan sürücü tutulub
- 05-12-2019 15:49 85 min manatlıq domofon avadanlıqları oğurlayan şəxslər saxlanılıblar - FOTO