Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2019
16:42
1171
Moskva metrosunda həmkarlarına atəş açan polisin daha bir VİDEOSU yayıldı (18+)

Rusiyada Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabiti Aleksey Smirnovun onu həbs etməyə gəlmiş həmkarlarına atəş açması ilə bağlı yeni video yayımlanıb. FaktXeber.com-un məlumatına görə kadrlar "Kommersant" tərəfindən paylaşılıb.

Nəşrin yazdığına görə, Daxili Təhlükəsizlik Departamentinin əməkdaşları Maksim Veyalko və Aleksey Limonov, Qırğızıstan vətəndaşından həmkarları Smirnovun kağız dəsmal paketlərində rüşvət aldığı barədə şikayət alırlar. Onlar şahidlərlə birlikdə polis otağına gələrək həmkarlarından hər şeyi ciblərindən çıxartmağı xahiş ediblər.

Kadrlarda Baş leytenant Veyalkonun içərisində gizlədilmiş pulu olan bir paketi ordakılara necə göstərdiyi görünür. Bundan sonra Smirnov gözlənilmədən silahla həmkarına atəş açır. Başqa bir polis əməkdaşı silahı onun əlindən almağa çalışsa da, lakin Smirnov tətiyi  çəkir.

Hadisə nəticəsində Veyalko aldığı yaralardan yerindəcə ölür, digər əməkdaş Limonov xəstəxanaya yerləşdirilir.

İstintaq Komitəsi "Hüquq-mühafizə orqanının əməkdaşının həyatına cəhd" maddəsi ilə cinayət işi açıb. Bu cinayətə görə ən çox cəza ömürlük həbsdir. Şübhəli şəxs tutulub.

Məqalədə : polis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
51

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
328

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
149

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
136

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
55
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 03:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru