Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2019
13:00
1172
Sabah Azərbaycanda temperatur aşağı düşəcək, qar yağacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 18-20, günün birinci yarısında 21-25 dərəcə isti, axşam 17 dərəcəyə yaxın isti təşkil edəcək. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah şimal və şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 21-dən 22-si səhərədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, güclü xəzri küləyi fonunda temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Məqalədə : hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
51

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
328

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
150

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
136

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
55
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 04:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru