Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2019
12:39
`Huawei Mate 30`smartfonu nümayiş olunub - VİDEO

Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdirib.

“Huawei Mate 30” modeli 2340x1080 pikselli 6,62 düym diaqonallı düz “AMOLED” ekranla təchiz edilib. Operativ yaddaş tutumu 6-8 giqabayt arasında dəyişir, quraşdırılmış yaddaş isə 128 giqabayt təşkil edir. Akkumulyator tutumu 4200 milliamper/saata bərabərdir. Bundan başqa, qurğu sifətin tanınması funksiyasına, eləcə də akkumulyatorun sürətli enerji ilə doldurulma imkanına malikdir.

Smartfonların istehsalı ilə məşğul olan “Huawei CBG” bölməsinin rəhbəri Riçard Yu “Forbes” jurnalistlərə müsahibədə bildirib ki, qabaqcıl Çin modeli akkumulyator tutumuna, eləcə də beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) siqnalının qəbulunun sürətinə görə rəqibləri üstələyir. Bu məqsədlə smartfona 14 antena quraşdırılıb.

“5G” dövrü smartfon texnologiyası barədə yenidən düşünməyə imkan verir, “Mate 30” modeli isə mümkün sərhədləri n yaxşı şəkildə müəyyənləşdirir”, – bölmə rəhbəri vurğulayıb.

“Huawei Mate 30” smartfonunun əsas versiyasının qiyməti 799 avro, “5G” şəbəkəsini dəstəkləyən modelin isə 1099 avro təşkil edir. Hazırda yeni qurğunun hansı ölkələrdə satışa çıxarılacağı barədə məlumat verilmir.

Təqdimatda, həmçinin “Google Play” mağazasına rəqib olacaq “App Gallery” servisinin nümayişi olub.

Məqalədə : Huawei Mate 30 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
287

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
728
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 05:21





  faktxeb[email protected]

Valyuta.com

Рейтинг@Mail.ru