Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2019
12:21
1087
`Yadplanetli ovu`na çıxanlar `51-ci zona`ya `hücumun` canlı yayımına başlayıb-VİDEO

LDG Station təxəllüslü Youtube istifadəçisi "51-ci Zona" hücumunu canlı yayıma qoyub. FaktXeber.com-un məlumatına görə, kanal sahibi  məhdud ərazidə yadplanetliləri görməyə ümid etdiyini söyləyib.

Qeyd edək ki, ABŞ hökuməti Nevadadakı "51-ci Zona" gizli bazası üzərindəki hava məkanını bağlayıb. Business Insider portalının məlumatına görə, qadağa sentyabrın 16-dan 22-dək qüvvədədir və istənilən təyyarələrə, o cümlədən dronlara və kvadrokopterlərə aiddir.

Nevadada yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin gizli bazası "51-ci Zona" ("Area 51") Las Veqasdan 130 kilometr məsafədə, qurudulmuş Gölü Göl sahilindədir. Baza 1955-ci ildə tikilib, ancaq hakimiyyət yalnız 2013-cü ildə mövcudluğunu etiraf edib.

Rəsmi məlumata görə, "51-ci Zona" təyyarələrin, təcrübi və inkişaf etmiş silah sistemlərinin prototiplərini sınaqdan keçirmək üçün nəzərdə tutulub.

Daha əvvəl Facebook-da bazaya yadplanetlilərin  gəldiyinin sübutu və hətta yadplanetlilərin özlərinin gizlədildiyi barədə məşhur əfsanəni təsdiqləmək üçün "51-ci Zona"ya hücum hərəkatı başladılıb. Artıq 1,2 milyondan çox insan "hücum" üçün imza atıb, bir milyona yaxın adam bu tədbirdə "maraqlandıqlarını" yazıb. "Hücum" sentyabrın 20-nə planlaşdırılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
52

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
333

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
152

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
137

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
55
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 05:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru