Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2019
11:35
879
Sumqayıtda təkər istehsal edəcək zavodun tikintisinə hazırlıq gedir

“Gələn ilin əvvələrində Azərbaycan və Çin Sumqayıt Kimya Sənaye Parkında avtomobil şini (təkər) istehsalı zavodunun tikintisinə başlayacaq”.

Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq.

Xatrladaq ki, 2017-ci ildə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Çinin "Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd" (CNEEC) şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Azərbaycanda avtomobil şini istehsalı zavodunun tikintisinə 300 milyon ABŞ dolları investisiya qoyulacağı Layihədə Çin tərəfi 90%, Azərbaycan tərəfi isə 10% paya malik olacaq. Zavodun istehsal gücü ildə 3,3 milyon ədəd təşkil edəcək. Bunun 3 milyon ədədi minik avtomobili, 300 mini isə yük avtomobili üçün istehsal olunacaq.(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
64

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
29

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
115

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
47

18 oktyabr tarixinə olan hava proqnozu

17

Oktyabr
13:51
ÖLKƏ
71
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 20:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru