Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2019
09:33
990
Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatlara başlayır

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası, Yəməndəki Hodeyda şəhərinin şimalında "hərbi hədəflərə" qarşı əməliyyat başladıb. FaktXeber.com-un verdiyi məlumata gör, bu barədə "Əl-Arabiya" telekanalına koalisiyanın nümayəndəsi Türki əl-Maliki məlumat verib.

O, vətəndaşları əməliyyatın yönəldildiyi obyektlərdən çəkinməyə çağırıb.

"Ənsarullah" hərəkatı öz növbəsində koalisiyanın İsveçdə bağlanmış sülh müqavilələrini pozaraq Hodeyda rayonlarından birinə dörd hava zərbəsi endirdiklərini söyləyiblər. Onların bəyanatları  "əl-Masira" telekanalı vasitəsilə yayılıb. 

Əl-Maliki bundan əvvəl hussiləri idarə olunan minalanmış qayıqdan istifadə edərək Qırmızı dənizdə terror aktı həyata keçirmək cəhdində ittiham etmişdi. "Ənsarullah" hərəkatı xəbəri təkzib edərək, bunu etməyin mümkünsüz olduğunu bildirib: "BMT müşahidəçiləri Hodeydədə  idi və limandan çıxan bütün gəmilər koalisiya qüvvələri tərəfindən yoxlanılırdı".

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanın şərqindəki "Saudi Aramco" neft emalı zavodlarına dronlar hücum edilib. Hücumun məsuliyyətini Yəmənin Ənsarullah Hərəkatı öz üzərinə götürüb. Bundan sonra Səudiyyə Ərəbistanının neft hasilatı 9,8 milyon səviyyəsindən 5.7 milyon barelə qədər azalmışdı.

Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Məqalədə : Yəmən 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
56

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
27

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
114

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
47

Trampdan Ərdoğana təhqiredici məktub-FOTO

17

Oktyabr
14:18
SİYASƏT
238

18 oktyabr tarixinə olan hava proqnozu

17

Oktyabr
13:51
ÖLKƏ
65

Vilayət Eyvazov daha bir rəisi əvəzlədi

17

Oktyabr
13:15
HÜQUQ,HADİSƏ
244
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 19:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru