Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2019
15:50
1036
İsmayıllının icra hakimi zəhərlənmə faktını inkar etdi

İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) kartof festivalı zamanı baş verdiyi iddia olunan kütləvi zəhərlənmə ilə bağlı məlumatlara münasibət bildirib.

İsmayıllı RİH başçısının birinci müavini Rövşən Ağayev bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir:

"Kartof festivalı sentyabrın 18-i saat 12-də olub, xəstəxanaya müraciətlər isə bu gün, yəni sentyabrın 19-da qeydə alınıb. Ümumiyyətlə, baş verən hadisənin zəhərlənmə ilə heç bir aidiyyəti yoxdur. Sadəcə, əkin sahələrində fəhlə kimi işləyən yerli sakinlər günvurma diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bununla bağlı bizə baş həkim də məlumat verib. Müayinələrin nəticəsi sübut edir ki, xəstəxanaya müraciət edənlər günvurma ilə daxil olublar və onlarda heç bir zəhərlənmə əlamətləri müşahidə olunmayıb. Artıq həmin şəxslər hamısı evə buraxılıblar".

Qeyd edək ki, Səhiyyə Nazirliyi İsmayıllı rayonunda kartof festivalı zamanı baş verən kütləvi zəhərlənmə ehtimalı ilə bağlı Rayon Mərkəzi Xəstəxanasına 7 nəfərin (3 kişi, 4 qadın) müraciət etdiyi barədə məlumat yayıb. Qida Təhlükəsizliyi Agentliyində (AQTA) isə hadisə ilə bağlı işçi qrupu yaradılıb və hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.(report)

Məqalədə : İcra Hakimiyyəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
52

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
333

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
151

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
137

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
55
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 05:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru