Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2019
15:30
1053
Zərif Pompeoya cavab verdi: Müharibə aktı, yoxsa müharibəyə təşviq?

ABŞ prezidenti Donald Trampı Yaxın Şərqdəki müharibəyə cəlb etməyə çalışırlar. FaktXeber.com-un məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün Tvitter səhifəsində bəyan edib.

Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumda Tehranı ittiham edərək, bunu "müharibə aktı" adlandırmışdı.

""Müharibə aktı", yoxsa müharibəyə təşviq? "B qrupu"nun qalıqları Trampı müharibəyə cəlb etməyə çalışırlar. Öz xeyirləri üçün dua etməlidirlər ki, səy göstərdikləri şeyləri əldə etməsinlər”, deyə Zərif bildirib.

Qeyd edək ki, "B qrupu" dedikdə Zərif ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun, İsrail Baş naziri Benyamin Netanyahunun, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın və BƏƏ vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Al Nahyan kimi bir sıra siyasətçilərin "birləşməsini" nəzərdə tutur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
59

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
27

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
115

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
47

Trampdan Ərdoğana təhqiredici məktub-FOTO

17

Oktyabr
14:18
SİYASƏT
239

18 oktyabr tarixinə olan hava proqnozu

17

Oktyabr
13:51
ÖLKƏ
71
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 20:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru