Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2019
14:09
1023
Hacı Əliyev olimpiadaya getmək şansın saxlayır

Azərbaycanın üçqat dünya və Avropa çempionu Hacı Əliyevin Qazaxıstanın paytaxtı Nur-Sultandakı mundialda rusiyalı Hacımurad Rəşidovla görüşdə aldığı qırmızı vərəqə ləğv edilib.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib. 

Bildirilib ki, 65 kq çəkidə yarışan pəhləvan təsəlliverici görüşə qatılamaq imkanını saxlayıb.

Bu isə o deməkdir ki, diskvalifikasiyadan yayınan Əliyev bürünc medal görüşünədək irəliləsə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək. Lakin bunun üçün ilk növbədə, Rəşidovun finala çıxması lazımdır.

Qeyd edək ki, Hacı Əliyevin Rəşidovla görüşündə qalmaqal baş verib. İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev axırıncı saniyələrdə 2 xallıq fənd işlədib. Hakimlər əvvəlcə bu xalı qeydə alıb və azərbaycanlı pəhləvan yenidən irəli çıxıb - 4:3. Lakin Rusiya tərəfi qərara etiraz edib. "Çelenc"ə baxıldıqdan sonra onların etirazı qəbul edilib. Nəticədə Əliyevin 2 xalı silinib, rəqibinə 1 xal verilib. Beləliklə, Rəşidov qalib elan olunub - 4:2.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf göstərib. Ona isə hakim qırmızı vərəqə verib. Əliyev daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polisrlər qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.

Məqalədə : Güləş Hacı Əliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
56

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
27

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
114

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
47

Trampdan Ərdoğana təhqiredici məktub-FOTO

17

Oktyabr
14:18
SİYASƏT
238

18 oktyabr tarixinə olan hava proqnozu

17

Oktyabr
13:51
ÖLKƏ
65

Vilayət Eyvazov daha bir rəisi əvəzlədi

17

Oktyabr
13:15
HÜQUQ,HADİSƏ
244
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 19:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru