Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2019
11:09
950
Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır

“The Economist Intelligence Unit” analitik mərkəzi ilə “The Economist” dərgisinin birgə hazırladığı hesabatda Bakı şəhəri “Təhlükəsiz Şəhərlər İndeksi 2019” (Safe Cities Index) reytinqinə görə dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır.

Hesabatda Bakı şəhəri 56,4 balla qiymətləndirilərək, 49-cu yerdə qərarlaşıb. Reytinqdə göstərilən şəhərlər rəqəmsal təhlükəsizlik, infrastruktur təhlükəsizliyi, səhiyyə və şəxsi təhlükəsizlik olmaqla 4 göstərici üzrə 57 indikatora əsasən dəyərləndirilib.

Dünyada urbanizasiyanın səviyyəsi get-gedə yüksəlməkdədir. Araşdırmalara görə hazırda 56% təşkil edən urbanizasiyanın 2050-ci ilə qədər 68%-ə çatacağı gözlənilir. Şəhərləşmənin bu cür sürətli artımı özü ilə birgə iqtisadi və sosial risklər doğurur. Belə artımın qarşısının alınması və statistik göstəricilərin planlaşdırılmış səviyyədə dəyişməsi ölkələrin prioritet məsələlərindəndir. Respublikamızda aparılan islahatlar, müəyyən edilmiş yol xəritələrində də bu proseslərin nəzarət altında saxlanıldığını müşahidə edə bilərik. Azərbaycanda urbanizasiyanın səviyyəsi 53% təşkil edir. 2019-cu ilin yanvar ayının statistikasına əsasən Bakı şəhərinin əhalisinin sayı 2 milyon 277 min nəfər təşkil edir.

BMT-nin hesablamalarına görə, dünyada əhalisi 150 min nəfərdən çox olan 4416 şəhər var. Bunlardan yalnız 60 şəhər “Təhlükəsiz Şəhərlər İndeksi 2019”da (Safe Cities Index) qiymətləndirilib. Postsovet məkanından yalnız iki şəhər - Bakı və Moskva bu siyahıda qiymətləndirilmək səviyyəsinə qalxıb. Bu da Bakının bir şəhər kimi dünyanın mühüm siyasi, iqtisadi, mədəni, tarixi və idman mərkəzlərindən biri olduğunu göstərir.(Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
51

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
332

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
151

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
137

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
55
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 04:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru