Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2019
10:45
722
Rusiyada dünyanın ən təhlükəli virusların saxlanıldığı laboratoriyada YANĞIN

Novosibirskdəki "Çiçək", "Ebola" və digər təhlükəli xəstəliklərin virusların saxlanıldığı virusologiya mərkəzində partlayış baş verib. Qeyd edək ki, "Çiçək virusu" yalnız Koltsovo və Atlanta laboratoriyalarında saxlanılır. Bu "çiçək xəstəliyi" təhlükəsinin yeganə var olan mənbəyidir.

FaktXeber.com-un verdiyi məlumata görə, partlayış Novosibirsk vilayətinin Koltsovo şəhərində, "Vektor" adı ilə tanınan Virusologiya və Biotexnologiya Dövlət Tədqiqat Mərkəzinin beşinci mərtəbəsindəki sanitariya-gigiyena idarəsinin təmiri zamanı baş verib. Hadisə nəticəsində bir işçi üçüncü dərəcəli yanıq xəsarəti alıb.

"Çiçək" virusu planetdə iki yerdə mövcuddur: "Vektor"da və yüksək dərəcədə təhlükəsizliyi olan digər bir laboratoriyada - Atlantadakı ABŞ Xəstəliklərinə Nəzarət Mərkəzində.

Qeyd edək ki, "Vektor"un saytında Sovet dövründə bioloji silahlar üzərində apardıqları  tədqiqatlar barədə məlumatlar var. Bura hazırda Rusiyada xəstəliklərin araşdırılması üçün əsas mərkəzlərdən biridir.

Rəsmi Moskva təmir zamanı qaz balonunun partladığını və həmin otaqda bioloji zərərli maddələrin olmadığını israr edir.

Məqalədə : laboratoriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
104

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
74

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
29

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
134

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
48
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 22:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru