Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2019
15:59
714
Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan 58 404,94 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

FaktXeber.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 181,38 min dollar və yaxud 1,98% azdır.

Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində isə müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 346 042,23 min kVt/saat elektrik enerjisi satılıb. Bu da 2018-ci ilin ilk 8 ayına nisbətən 81 641,02 min kVt/saat və yaxud 6,45% çoxdur.

Qeyd edilən dövrdə ixrac edilən elektrik enerjisinin hər kVt/saatı 0,043 dollar, yaxud 0,0737 manat (AMB-nin rəsmi məzənnəsinə görə 1 ABŞ dolları 1,7 Azərbaycan manatına bərabərdir) olub. 2018-ci ilin yanvarında isə ixrac olunan hər kVt/saat elektrik enerjisinin dəyəri 0,047 dollar, yaxud 0,08 manat olub.

Yanvar-avqust aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,43%-ni təşkil edib ki, bu da ötən ilə nisbətən 0,03 faiz bəndi azdır.

Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.

Məqalədə : elektrik enerjisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
51

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
333

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
151

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
137

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
55
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 05:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru