Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2019
15:31
Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək-FOTO

Üzeyir Hacıbəylinin yaxın dostuna hədiyyə etdiyi əşyalar 70 ildir Ağcabədi sakini tərəfindən qorunub-saxlanılır. Ü.Hacıbəyli dövrünün görkəmli ziyalılarından Mirzə Vəli İsmayılovla yaxın dost olub.

Ü.Hacıbəyli özünə məxsus bir neçə əşyanı – tar, saat və eynəyi yaxın dostuna hədiyə verib. Bu gün də həmin əşyalar İsmayılovlar ailəsi tərəfindən qorunur.

M.V.İsmayılovun qardaşı nəvəsi Aqil İsmayılov bildirib ki, bu dostluğun maraqlı tarixçəsi var. 

Ü.Hacıbəyovun atası Əbdülhüseynin Rəncbərlər kəndi ilə qohumluğu beş yaşlı M.V.İsmayılovun 1890-cı ildə dahi bəstəkarla Şuşa realnı məktəbinə getməsinə səbəb olub. 

Bu məktəbi bitirən dostlar 1900-cü ildə Zаqаfqаziyа Müəllimlər Sеminаriyasına qəbul olmaq üçün Qoriyə yollanıblar. 

Ü.Hacıbəyli seminariyaya həmin il, M.V.İsmayılov isə iki il sonra qəbul olub. 1907-ci ildə seminariyanı bitirən M.V.İsmayılov təyinatla Qubada iki sinifli rus-tatar məktəbinə rus dili müəllimi, üç ildən sonra isə Bakıda realnı məktəbə müəllim təyin edilib. Eyni zamanda, “Kaspi” qəzeti ilə əməkdaşlıq edib. 

M.V.İsmayılov Hacı Zeynalabdin Tağıyevin neft kontorunda rus dili üzrə məktublar şöbəsində mirzə işləyib. 1918-ci ilədək Bakıda yaşayıb işlədikdən sonra Qarabağa qayıdıb, Şuşa və Ağdam İnqilab komitələrində çalışıb, ömrünün sonunadək müəllimlik edib. 1960-cı ildə - 75 yaşında doğma kəndi olan Rəncbərlərdə həyata gözlərini yumub.

A.İsmayılov qeyd edib ki, Ü.Hacıbəyli saatını və eynəyini M.V.İsmayılova hədiyyə edib, onun oğlu Ənvərə tar göndərib. Ü.Hacıbəylinin yadigarı olan bu eynək və tar ailə tərəfindən ən əziz xatirə kimi bu günədək qorunub-saxlanılır. 

İsmayılovlar nəslinin digər nümayəndəsi Rəsul İsmayılov bildirib ki, Ü.Hacıbəyli onlarla əlaqəni heç vaxt kəsməyib: 

“Onlar həmişə bir-birinin evinə gedib-gəliblər. Üzeyir bəyin Mirzə Vəlinin oğlu Ənvər üçün göndərdiyi tarı ən dəyərli xatirə kimi saxlayırıq. Dahi bəstəkarın göndərdiyi tar ailədə musiqiyə maraq oyadıb”./Oxu.az

Məqalədə : Üzeyir Hacıbəyli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16598

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
15257

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16652

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
16240

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21639

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
16124

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
16270
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 23:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru