Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2019
12:06
Kürdəmirdə evlərdən pul oğurlayan şəxs saxlanılıb - FOTO

Sentyabrın 16-da Kürdəmir rayonu Qaraqocalı kənd sakini Cəlal Əhmədov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən 1910 manat pulun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Allahverdiyev saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Ətrafında aparılan araşdırmalar nəticəsində F.Allahverdiyevin digər cinayət əməlində də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxsin bir neçə gün öncə vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyalarını, digər bir vətəndaşa məxsus evdən isə məişət əşyalarını və yataq dəstini oğurladığı məlum olub. Oğurlanan əşyaların və pulun müəyyən bir qismi maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
182

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
192

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
308

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
292

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
269
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 01:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru