Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2019
10:46
1074
AzTV-nin yeni loqosundakı üçbucaq nə deməkdir? - FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov AzTV-nin yeni loqosunun izahını verib.

R.Məmmədov loqoda niyə 3 bucaq təsvir olunduğunu belə şərh edib:

“Özlüyündə sadə, lakin düşünürük kifayət qədər müasir formaya malik yeni loqonun elə bir o qədər də sadə rəmzi mənası var. Belə ki, 3 bucağın hər bucağı konkret dövrü ifadə edir: keçmiş, bu gün və gələcək.

1-ci bucaq-Azərbaycan Televiziyası 63 illik zəngin tarixi keçmişə və özünəməxsus ənənələrə, inkişaf yoluna malikdir. Zaman dəyişsə, yeni zövqlər və tələblər meydana gəlsə də biz tariximizə bağlıyıq və atdığımız hər bir addım məhz həmin ənənələrə, kökə söykənməlidir.

2-ci bucaq- Auditoriya uğrunda sözün əsil mənasında gərgin mübarizənin getdiyi müasir günümüzdə biz zamanla ayaqlaşmalı və tamaşaçı zövqünə cavab verməliyik. Deməli, tarixiliklə yanaşı müasir tələblər də əsas götürülməli, müasirliklə ayaqlaşmalı, hətta bəzi prinsiplər dəyişməlidir.

3-cü bucaq- Biz gələcəyə baxırıq və əsas hədəfimiz doğma kanalımızı yalnız Azərbaycanda deyil, MDB məkanında, regionda və bir qədər də qabağa gedərək dünyada aparıcı informasiya vasitələrindən birinə çevirməkdir. Bu yolda dəstəyimiz - müstəqil Azərbaycan dövləti və yorulmadan çalışan böyük yaradıcı kollektivimizdir. Beləliklə, yeni loqo özlüyündə keçmiş dəyərlərə hörmət, müasirlik və yeniliklə ayaqlaşma və gələcək hədəflərə doğru inamla addımlamaq mənalarını təcəssüm etdirir. Vətənimiz, millətimiz üçün xeyirli olsun".

Məqalədə : AZTV 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
103

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
74

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
29

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
133

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
48
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 21:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru