Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2019
15:19
606
Boltonun bacarmadığı işin dalınca Tramp başqasını göndərdi

"ABŞ-ın Belarusiyadakı səfirliyi Dövlət katibinin müavini Devid Heylini Minskdə salamlayır".

FaktXəbər-in məlumatına görə, bu barədə Amerikanın diplomatik missiyasının tvitter səhifəsində bildirilir.

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz deyib ki, Heylinin bu gün (sentyabrın 17-də) Minskə səfəri gözlənilir. Onun Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü planlaşdırılıb.

Xatırladaq ki, avqustun sonlarında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, daha sonra təqaüdə çıxan Con Bolton Minskə rəsmi səfər etmişdi. onun səfəri uğursuzluğa düçar olmuşdu. Belə ki, Bolton görüşdən sonra verdiyi açıqlamada müzakirələrin nəticəsiz bitdiyini demişdi. Belə bir açıqlamaya səbəb isə Lukaşenkonun ABŞ rəsmisinə qarşı sərt sözləri idi. 

"Uzanan əllərimizlə ABŞ-a tərəf getməyəcəyik və bizə nəsə verilməsini və masaya qoyulmasını, ağzımıza bəzi qırıntıların atılmasını istəmirik. Xeyr, biz yalnız bərabər ticarət, iqtisadi, siyasi, humanitar və digər əməkdaşlıq və qarşılıqlı fəaliyyət istəyirik. Və buna hazırıq”, - deyə Lukaşenko söyləmişdi.

ABŞ tərəfi nəyin bahasına olursa olsun, Lukaşenko Rusiyadan qoparmaq üçün razı salmağa çalışır. Çox qısa müddət ərzində yüksək çinli rəsminin səfəri onu göstərir ki, bu dəfə qovluqda daha böyük təklifl var.

Məqalədə : Con Bolton 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
107

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
76

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
29

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
134

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
48
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 22:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru