Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2019
14:57
640
SOCAR Albaniyanın qazlaşdırılmasında iştirak edə bilər

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Albaniyanın qazlaşdırılması ilə bağlı görüləcək işlər üçün tenderin başa çatmasını və baş icraçı qurumun seçilməsini gözləyir.

Bu barədə “SOCAR Balkans” şirkətinin icraçı direktoru Murad Heydərov deyib.

O, Albaniyanın müvafiq təşkilatları tərəfindən keçirilən tenderdən sonrakı mərhələdə SOCAR-ın hərtərəfli layihələndirmə işlərini ödənişsiz həyata keçirməyə hazır olduğunu bildirib.

“Hazırda tender nəticəsində icraçının seçilməsini gözləyirik. Bundan sonra Albaniyanın qazlaşdırılmasında yerimizi bu ölkənin hökuməti ilə dəqiqləşdirəcəyik. Onlar üçün təfərrüatlı layihələndirmə işlərini ödənişsiz həyata keçirməklə bağlı öhdəliyimiz qüvvədə qalır.

Albaniya hökuməti tender başa çatdıqdan və baş icraçı seçildikdən sonra bu məsələni həll edəcəyimizi bildirib. Yəni baş icraçı seçildikdən sonra onlarla birgə fəaliyyətimizi razılaşdıracağıq.

Çox güman ki, baş icraçı bizim təfərrüatlı layihələndirmə işini görəcəyimizə müsbət baxacaq. Tender vaxtı başa çatıb, müəyyən çətinliklərin ola biləcəyini başa düşürük”, - SOCAR nümayəndəsi diqqətə çatdırıb.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanla Albaniya hökumətləri arasında Albaniyanın qazlaşdırılmasına dair əsas planın icrasını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

SOCAR-ın törəmə şirkəti olan “SOCAR Balkans” Avropa İttifaqı, İsveçrə hökuməti, TAP, “Enagas” kimi maraqlı tərəflərlə yanaşı, bu layihədə daha çox məsləhətçi qismində iştirak edir.

Qazlaşdırma layihəsi ilə bağlı keçirilən texniki iqtisadi əsaslandırma nəticəsində Fier şəhəri yaxınlığındakı kompressor stansiyası ilə Vlora şəhərindəki qaz emalı müəssisəsi arasında 40 kilometrədək uzunluğu, ilkin nəqletmə gücü bir milyard kubmetr həcmində olan yeni qaz kəmərinin tikintisi zərurəti yaranıb.(Report)

Məqalədə : SOCAR 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
57

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
27

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
114

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
47

Trampdan Ərdoğana təhqiredici məktub-FOTO

17

Oktyabr
14:18
SİYASƏT
238

18 oktyabr tarixinə olan hava proqnozu

17

Oktyabr
13:51
ÖLKƏ
65
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 19:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru