Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2019
10:32
717
Putin Ankarada Müqəddəs Qurandan sitat gətirib-VİDEO

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumlarla bağlı suala cavablandırarkən müqəddəs Qurani Kərimdən sitat gətirib. FaktXeber.com-un verdiyi məlumata görə, bu Rusiya-Türkiyə-İran sammitindən sonra keçirilən mətbuat konfransında baş verib.

"Türkiyədə - əhalisinin əksəriyyəti müsəlman olan ölkədə olarkən Müqəddəs Qurandan ayələri xatırlamaya bilmirəm: "Allahın mərhəmətini yad edin. Bir zamanlar düşmən idiniz, Allah qəlblərinizi barışdırdı və sizi qardaş etdi". Buna görə düşünürəm ki, burdan nəticə çıxarmalıyıq", deyə o, bəyan edib.

Bundan başqa Putin Səudiyyə Ərəbistanına S-300, yaxud da S-400 sistemləri almağı təklif edib.

"Müqəddəs Quranda müdafiə istisna olmaqla, istənilən  növ zorakılığın yolverilməzliyindən danışılır. Ölkəsini qorumaq üçün Səudiyyə Ərəbistanına lazımi kömək göstərməyə hazırıq", - deyə o bəyan edib.

Onun sözlərinə görə, krallığın rəhbərliyi "ağıllı bir dövlət qərarı verərək", ya İran kimi S-300, ya da Türkiyə kimi S-400 satın ala bilər.

İran prezidenti Həsən Ruhaninin bunlardan hansının  -S-300, yoxsa S-400 sistemlərinin daha yaxşı olması ilə bağlı sualına isə Putin belə cavab verib: "Qoy seçim etsinlər".

Yeri gəlmişkən, sentyabrın 16-da Rusiya prezidenti Vladimir Putin Ankarada İran prezidenti Həsən Ruhani ilə görüşüb. Prezidentlər Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlıq məsələlərini və İranın nüvə proqramı ilə bağlı birgə hərtərəfli fəaliyyət planı ətrafındakı vəziyyəti müzakirə ediblər.

Həmçinin Rusiya Prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Bundan başqa Türkiyə Prezidenti iranlı həmkarı Həsən Ruhani ilə təkbətək görüşüb. 

Bu gün isə Ankarada Türkiyə, Rusiya və İran Prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçirilir. Qeyd olunur ki, Astana formatında artıq beşinci dəfə görüşən liderlər Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Xatırladaq ki, şənbə günü Yəmən ordusu və Ənsarullah hərəkatının üzvləri dronlarla Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum ediblər. Nəticədə  Səudiyyənin neft hasilatı gündəlik 9,8 milyon səviyyəsindən 5.7 milyon barelə qədər azalmışdı.

Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
164

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
249

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
205

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
152

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
171

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
132
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 16:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru