Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2019
09:55
473
Tacikistan və Qırğızıstan arasında sərhəd münaqişəsi - 8 yaralı var

Qırğızıstan və Tacikistan hərbçiləri arasında sərhəddə atışma baş verib. 

FaktXəbər-in RİA Novostiyə istinadən məlumatına görə, atışma nəticəsində səkkiz nəfər yaralanıb.

Qırğızıstan Səhiyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, yaralılardan 6-sı uşaq olmaqla yerli sakinlərdir. İki qırğız sərhədçisinin də ağır yaralandığı qeyd edilib.  

Qırğız tərəfdən hadisə yerinə gələn dörd təcili tibbi yardım briqadası tərəfindən yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. 

Bazar ertəsi Qırğızıstan Dövlət Sərhəd Xidməti atışma zamanı qırğız sərhədçilərinin öldüyünü açıqlayıb.

Bişkekdən verilən məlumata görə, münaqişəyə səbəb tacik tərəfinin mübahisəli ərazidə obyektin inşası olub. Sərhəddəki vəziyyət artıq iki ölkənin xarici işlər nazirləri tərəfindən müzakirə olunub. 

Qırğızıstan Xarici İşlər Nazirliyinin başçısı Çingiz Aidarbekov həmsöhbətinə tacik əsgərləri tərəfindən atışma zamanı minaatanlardan istifadə barədə məlumat verib. Nazirin sözlərinə görə, qırğız vətəndaşlarından birinin evi atəşə məruz qalıb.

Hazırda hadisə yerinə Qırğızıstanın baş naziri Muhammedkalı Abıqazıyev gəlib. Bundan əlavə, iki dövlətin hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə yerli hakimiyyət nümayəndələri də hadisə yerindədirlər.

Tacikistan tərəfi də atışma zamanı bir neçə Tacikistan vətəndaşı yaralandığını açıqlayıb.

İki ölkə arasında sərhədin uzunluğu 970 km-dir. 

Məqalədə : Qırğızıstan Tacikistan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
52

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
333

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
152

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
137

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
55
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 05:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru