Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2019
09:40
543
Bu rayonlarda mineral gübrələrin güzəştli satışı keçiriləcək

Şəki, Oğuz, Qobustan, Şamaxı, Kürdəmir və Hacıqabulda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Növbəti satış Şəki, Oğuz, Kürdəmir, Şamaxı və Hacıqabulda təşkil ediləcək.

Səyyar satış Şəkidə sentyabrın 17-də Qayabaşı kəndində, Qobustanın Sündü kəndində, sentyabr ayının 18-də Şəkinin Kiçik Dəhnə, Şamaxının Ovculu kəndində, sentyabrın 19-da Şəkinin Baş Layısq kəndində, Kürdəmirin Karrar kəndində, sentyabr ayının 20-də Hacıqabulun Nəvahi kəndində, sentyabrın 20-də Oğuzun Padar kəndində, sentyabrın 21-də isə Hacıqabulun Udulu kəndində, həmçinin Xaçmazda həyata keçiriləcək.

Adı çəkilən, eləcə də ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383, (+99451) 2293207 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

Məqalədə : gübrə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
183

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
254

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
63

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
105

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
40

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
35

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
57
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 04:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru