Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2012
11:32
1856
AZƏRBAYCANDA BÖYRƏK PROBLEMLƏRİNİ ONDAN SORUŞURLAR
Dr.Rəşad Məmmədov ATU-nu fərqlənmə diplomu ilə bitirib, Türkiyə və Koreyada ixtisasını davam etdirib

Son zamanlar insanlarda böyrək xəstəlikkləri ilə bağlı problemlərin sayı artmaqdadır. Qeyd etməliyik ki, Azərbaycanda bu problemlərin həlli yönündə fəaliyyət göstərən mütəxəssislər barmaqla sayılacaq qədərdir. Elə görünür buna görədir ki, böyrəklərindən şikayətçi  olanlar xarici ölkələrə üz tuturlar. Biz də bir qədər araşdırma apardıq ki, doğrudanmı bu sahədə bizdə savadlı, təcrübəli, tanınmış mütəxəssislər yoxdur. Və tapdıq. Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya mütəxəssisi Dr.Rəşad Məmmədov. Cavan olmasına baxmayaraq, kifayət qədər iş təcrübəsi, elmi dərəcəsi olan həkimdir.

Dosye: 2003-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Daha sonra təhsilini Türkiyə Cümhuriyyətinin Ege Universitetinin Urologiya Klinikasında uzmanlıq təhsilinə başlayıb. Təhsili boyunca urologiyanın bütün sahələrini əhatə edən praktik və nəzəri bilgilərə yiyələnib. 2008-ci ildə Ege Universitetinin xarici həkimlərinin rəsmi təmsilçisi seçilib. 2009-cu ildən Mərkəzi Neftçilər Xəstəxanasında işləyir. 2011-ci ilin aprel ayında ilk dəfə olaraq Azərbaycanda “LaparoskopikNefrektomiya” əməliyyatını icra edib. 2011-ci ildə Koreya Respublikasının Yonsei Universitetində “Robotik Uroloji Cərrahiyyə” üzrə təhsil alıb və Azərbaycanda bu sahədə ilk təhsilli mütəxəssisdir. 52 elmi işin və bir kitab bölümünün müəllifidir.

- Doktor, bəzən kimlər haqqındasa danışanda deyirlər ki, “onun təqdimata ehtiyacı yoxdur”. Kifayət qədər iş təcrübəniz olmasına baxmayaraq, mətbuat səhifələrində o qədər də görünmürsünüz. Sizləri oxucularımıza necə təqdim edək?”
-2009-cu ildə Türkiyədə urologiya üzrə təhsilimi bitirdikdən sonra vətənə dönmüşəm. 2003-2009-cu illərdə Türkiyənin Ege Universitetinin Urologiya kafedrasında ali təhsili almışam. 2009-cu ildə dissertasiyamı müdafiə edərək, urologiya üzrə mütəxəssis adını qazanıb vətənə qayıtmışam. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında fəaliyyət göstərirəm. 2009-cu ildən etibarən Azərbaycanda urologiya sahəsi üzrə bir çox cərrahiyyə əməliyyatları həyata keçirmişəm. Hətta bəzi əməliyyatlar ölkədə birinci dəfə baş tutub. Bunlardan ən önəmlisi qapalı yolla böyrəkçıxarma əməliyyatı idi. Azərbaycanda bu əməliyyatın həyata keçirilməsi ilk dəfə bizim tərəfimizdən mümkün olub. 52 elmi işin müəllifiyəm. Tələbəlik illərində 4 elmi işimlə əlaqədar müxtəlif konfranslarda çıxış etmişəm. 2002-ci ildə ilin ən yaxşı elmi tədqiqatçısı adını layiq görülmüşəm. 

- Həkimlik peşəsini seçməniz necə oldu? Ailə üzvlərinizdən həkim olan varmı? 
- Həkimlik sənəti ülvi bir peşədir. Bu peşəyə ciddi, qarşısıalınmaz istək olmadan yiyələnmək mümkün deyil. Uşaqlıq dövründən həkim olmaq istəmişəm. Müəyyən bir yaş həddinə çatdıqda isə cərrah olmaq istədim. Lakin ali təhsil üçün seçim edəndə uroloq olmaq qərarına gəldim. Şükür olsun Allaha ki, arzumuz ürəyimizdə qalmadı. Biz fədakarlıq göstərdik, Allah da bizə bu sənətə yiyələnməyi nəsib elədi. Əminliklə deyə bilərəm ki, ən azından millətimə fayda verə biləcək bir həkiməm. Həkimlik və cərrahiyə həyatımın anlamıdır. 

- Cəmiyyətimizdə belə tendensiya müşahidə olunur ki, insanlar iş-işdən keçəndən sonra həkimə müraciət edirlər. Sizcə bu həkimlərə qarşı inamsızlıqdan irəli gəlir, yoxsa insanların səhhətlərinə qarşı laqeydlikdən?   
- Çox təəssüf ki, bu problem əsasən Şərq ölkələrində, xüsusilə Azərbaycanda daha çox müşahidə edilir. Problemin səbəbini təkcə xəstələrdəinsanlarda axtarmaq düzgün deyil. Eyni halda, həkimlərin də üzərinə məsuliyyət düşür. Çünki maarifləndirmə işləri hər halda çox yüksək səviyyədə aparılmır. Digər tərəfdən, aparılan maarifləndirmə sistemli şəkildə təşkil olunmur. Maariflərndirmə sahəsində məsələlər həll olunacağı halda, Azərbaycanda insanlar hər il səhhətlərini yoxlatdırmaq üçün həkimə müraciət edəcəklər. 

- Son zamanlar Azərbaycandan müalicə üçün xarici ölkələrə gedən xəstələrin sayı da artıb. Ölkədə səhiyyənin inkişaf etməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilməsinə baxmayaraq, insanlar yenə də müalicə üçün xarici ölkələrə müraciət edirlər. Sizcə bu həkimlərə inamsızlıqdan irəli gəlir, yoxsa, başqa səbəbləri var?
- Tarixə ekskursiya etsək görərik ki, Azərbaycanda urologiya sahəsində çox böyük canlı əfsanələr olub. Həmin şəxslərə nümunə kimi Südeyf İmamverdiyevi, Kamal Abdullayevi, Mirməmməd Cavadzadəni və digər şəxsləri misal göstərmək olar. Sadəcə olaraq, 90-cu illərdən sonra bu sahədə müəyyən bir boşluqlar yarandı. Lakin hal-hazırda kifayət qədər gənclər qardaş Türkiyəyə və Avropanın digər ölkələrinə təhsil üçün göndərilib. Həmin gənclər tibb elminin yeni nailiyyətlərini mənimsəyərək vətənə dönüblər. Tam məsuliyyətimlə deyə bilərəm ki, mənim kimi digər sahələrdə də kifayət qədər gənc mütəxəssislər var. Hazırda biz və xaricdə təhsil alan digər gənclərimiz xəstələrə dünya standartlarına uyğun şəkildə xidmət edirik. İnsanlarımızın buna inanması və anlaması üçün müəyyən bir zaman lazımdır. Əminəm ki, bu istiqamətdə yaranan maneələr aradan götürüləcək. Necə ki, Atatürk deyirdi “məni türk həkim müalicə etsin”, azərbaycanlılar da yaxın zamanlarda onları azərbaycanlı həkimlərin müalicə etməsini istəyəcəklər. Azərbaycanlı həkimlər hazırda beynəlxalq aləmdə dünyanın tanınmış həkimlər sırasındadırlar. Bu problem zamandan asılıdır. Zaman keçdikcə problemlər öz həllini tapacaq.

- Eşitdiyimizə görə, bu yaxınlarda Azərbaycanı beynəlxalq konfranslardan birində təmsil etmisiz. Bu barədə də istərdik ki, oxucularımıza məlumat verəsiniz? 
- Həkimlik peşəsinə yiyələndikdən sonra çoxlu sayda beynəlxalq konfranslarda iştirak etmişik. Türkiyədə təhsil aldığımız dövrdə konfranslarda Türkiyənin adından çıxış edirdik. Artıq bizə xoşbəxtlik nəsib olub ki, beynəlxalq konfranslarda ölkəmizi təmsil edirik. May ayında Kiprdə keçirilən 22-ci Uluslararası Uroloji Konqresinin iştirakçısı olduq. Konfransda 3 məqalə ilə çıxış etdik. Ən qürur verici hal bu idi ki, “Laparoskopologiya təhsili necə verilir?” başlıqlı mövzu böyük rəğbətlə qarşılandı . Azərbaycanda artıq müasir laparoskopik, endoskopik əməliyyatların icra olunduğunu bir daha bütün dünya gördü. Bunu da qeyd etmək istərdim ki, artıq Mərkəzi Neftçilər Xəstəxanasında laparoskopik (qapalı yolla böyrək çıxarma əməliyyatı) yolu ilə 22 xəstə müalicə edilib. 

- Məlum olduğu kimi Azərbaycanda qapalı yolla böyrək çıxarılma əməliyyatını ilk dəfə siz həyata keçirmisiz. Bizimlə müsahibədən öncə də mürəkkəb əməliyyatdan çıxmısız. Sizin üçün ən çətin əməliyyat hansı olub?
- 2011-ci ilin aprel ayından etibarən laparoskopik yolla böyrək əməliyyatı həyata keçirməyə başlamışıq. Artıq 22 xəstə üçün bu əməliyyat uğurla həyata keçirilib. Xəstəxanamız adından deyə bilərəm ki, bizə gətirilən xəstələrin əksər hissəsi çox ağır və eyni halda bir neçə orqanında problem olan xəstələrdir. Təbii ki, bu cür xəstələr böyük mərkəzlərdə əməliyyat olunurlar. Mərkəzi Neftçilər Xəstəxanası da bu mərkəzlərdən biridir. Hal-hazırda əməliyyatdan çıxdığım xəstə ikitərəfli böyrək daşı xəstəliyindən əziyyət çəkirdi. 65 yaşlı xəstə qadının hər iki tərəfinə qapalı yolla uğurlu əməliyyat keçirildi. Həmin xəstə dəfələrlə digər yerlərə müraciət etməsinə baxmayaraq, xəstəxanalar onun müalicəsindən imtina etmişdilər. 

- Dünya dövlətlərinə nəzər salsaq görərik ki, hər ölkədə bir neçə xəstəlik insanlarda daha çox görünür. Lakin Azərbaycanda son vaxtlar böyrək xəstəlikləri daha çox müşahidə edilməyə başlayıb. Bunu nə ilə izah edərdiz? 
- Dünya xəstəliklər xəritəsinə baxsaq, Azərbaycan böyrək daşı xəstəliklərinə görə endemik - bu zonada böyrək daşı xəstəliyinə daha çox rast gəlinir - zona hesab edilir. Bu əsasən qidalanma, genetik xüsusiyyət və regiondakı təbii şəraitlə bağlıdır. Ona görə də, Azərbaycandakı xəstələrə tövsiyəm budur ki, hər altı aydan bir tibbi müayinədən keçsinlər. Bütün məsuliyyətimlə deyirəm ki, insanlar əgər vaxtı-vaxtında uroloji müayinədən keçsələr, xəstəliklərinin müalicəsi asan olacaq. Lakin nə yazıq ki, xəstələrimiz gecikmiş halda müraciət edirlər. 

- Bəzi vaxtlar böyrək xəstələrinə qida ilə bağlı müxtəlif məsləhətlər verilir. Məsələn, çox duzlu yeməyin, suyu qaynadılmamış içməyin və.s. Sizcə deyilənlərin böyrək xəstəliyinin yaranmasına təsiri varmı? 
- Böyrək daşı xəstəliyi ekzogen və endogen faktorlara bağlı bir xəstəlikdir. Yəni insanın daş əməl gətirməyə meylliyi varsa, əlavə qida və ətraf mühit faktorları ilə buna yardımçı olursa, təbii ki, bu xəstəlik əmələ gəlir. Həqiqətən də duzdan istifadənin miqdarını azaltmaq lazımdır. Digər bir məsələ isə suyun çox istifadə edilməsidir. Xüsusilə yay aylarında çoxlu su içmək lazımdır. Eyni halda, böyrək daşından əziyyət çəkən xəstələrin hamısına eyni qidanı və dietanı tətbiq etmək olmaz. Daşın tərkibinə uyğun olaraq xəstəyə qidalar təyin edilir. Çünki böyrəkdə olan daşlar tərkiblərinə görə fərqlənirlər. Əgər hər hansı bir xəstə əməliyyatdan sonra böyrəyində və ya sidik yolarındakı daşdan xilas olubsa, 5 il ərzində onda daş əmələ gəlmə prosesi 50%-ə yaxındır. Onun qarşısını almaq üçün vaxtı-vaxtında müayinədən keçmək lazımdır. 

- Doktor, son olaraq, bu günə kimi klinika açmaq fikriniz olubmu?
- Heç vaxt bu haqda düşünməmişəm. Mənim üçün həkimlik peşəsi həyatımın anlamıdır, nəinki qazanc mənbəyi. Ona görə də, bu barədə heç nə düşünmürəm.

Aqil Mehdi

Məqalədə : Rəşad Şolan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
257

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
329

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
393

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
862

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
498

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
477
Mövzu üzrə xəbərlər
Şərhlər
Rovshan Abdullayev tərəfindən 29-06-2012 tarixində yazıldı
Biz seninle fexr edirik!!!
Halal olsun deyirem!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 09:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru