Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2019
16:23
1083
Dərs başlasa da, bu yol hələ də təmir olunur - VİDEO

Qabaqlayıcı tədbirlərin görülməsinə, sürücü və valideynlərə xəbərdarlıq olunmasına baxmayaraq builki tədris ilinin də ilk günü tıxacsız ötüşməyib.

Şəhərin əsas prospekt və yollarında yaranmış süni sıxlığın səbəblərindən biri valideynlərin məktəb və ətrafı ərazilərdə avtomobillərini saxlamaq üçün dayanma durma qaydalarına riayət etməməsi olsa da, digər səbəbi məktəb sezonunun açılmasına az qalmış yollarda təmir işinin başladılmasıdır. 

Sürücülər daha çox  Xırdalan şəhəri, Heydər Əliyev prospekti, NZS qəsəbəsinin mərkəzindən keçən əsas yoldan gileylidir. Belə ki, paytaxtın iki böyük prospekti olan Nobel ilə Babəki birləşdirən yolun təmir olunması ərazidə ictimai nəqliyyatın fəaliyyətini çətinləşdirib, ərazidə sıxlığın yaranmasına səbəb olub.

Avtomobil Yollar Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli mətbuata açıqlamasında bildirmişdi ki, yol yatağında çökmüş hissələr tam şəkildə çıxarıldıqdan sonra əks dolğu işləri həyata keçiriləcək. Yola ikiqat olmaqla yeni asfalt örtüyü döşənəcək.

Yolda təmir işərinin 1 ay çəkməsi planlaşdırılıb.(Qafqazinfo)

Məqalədə : Xırdalan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
51

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
328

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
149

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
136

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
55
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 03:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru