Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2019
16:23
1080
Həbsdə olan ruhi xəstənin ailəsi prezidentdən kömək istəyir - VİDEO

Şirvan sakini İslamov Xəyal Sadiq oğlu redaksiyamıza şikayət məktubu ünvanlayıb. Şikayət məktubunu ixtisarla dərc edirik.

"Yazıb sizə bildirirəm ki, qardaşım, 2-ci qrup əlil, 1959-cu il təvəllüdlü İslamov Məhəmməd İmanverdi oğlu ruhi xəstədir, psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə bağlı Səhiyyə Nazirliyinin 1 Saylı ruhi-əsəb, Salyan rayon Ruhi-Əsəb Dispanserində və Şirvan şəhər Mərkəzi Xəstəxanasının ruhi-əsəb kabinetində daimi qeydiyyatdadır. Əlimizdə bunu rəsmən təsdiq edən sənədlər mövcuddur.

Ailəlidir, dörd övladı var. Övladlarından 2-si 1-ci qrup əlildirlər.

09.06.2017-ci il tarixində Şirvan şəhər Polis Şöbəsi şizofreniya paranoiddən əziyyət çəkən xəstə qardaşımın  anlaqsız vəziyyətini nəzərə almadan onu həbs edib və barəcində CM-nin 234.1 və 237.2.3 maddələriylə cinayət işi açıb. Elementar özünüidarə etmə qaydalarından məhrum olan bir xəstə necə olub ki, çətənə kolları yetişdirib. Axı bu hal tibbi məntiqə sığmır. Lakin buna baxmayaraq Şirvan Polis Şöbəsi və şəhər Prokurorluğu onun sağlamlıq durumunu nəzərə almadan və heç bir nümayəndəsinin iştirakı olmadan ondan etirafedici ifadə alıb və elan olunmuş ittiahmla özünü tam təqsirkar hesab etdiyini təsdiq edib.

23 oktyabr 2017-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsi fəaliyyət qabiliyyətsizliyi təsdiq edilən ruhi xəstəyə hökm oxundu. Nurəddin Abdullayevin sədrliyi və hakimlər  Elşad Əliyev və Asım Hacıyevin iştirakıyla keçən məhkəmədə İslamov Məhəmməd İmanverdi oğlunun cəzası təsdiq edilmiş hesab olundu. Barəsində  heç bir məhkəmə tibbi ekspertizasının təyin olunmadan ona 5(beş) il 6(altı) ay hökm elan olundu.

İslamov Məhəmməd İmanverdi oğlu hazırki dövrədək həbsxanadadır və 10 Saylı Cəzaçəkmə Müəssisəsində yerləşir.

Bu haqsızlıqla barışa bilməyən anam nevroloji xəstəliyə tutulub, yaddaşı itib, yeriyə bilmir. Ruhi xəstənin həbsxanada cəza çəkməsi heç bir ölkədə yoxdur, bu ədalətsizlikdir, demokraik prinsiplərə ağır zərbədir. ”Psixiatriya yardımı haqqında” Qanunun 1.0.5 maddəsində deyilir ki,anlaqsız vəziyyətdə cinayət törətmiş psixi pozuntu vəziyyətində olan şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında müayinə və müalicə məqsədi ilə psixiatriya müəssisəsinə yerləşdirilməlidir, daha həbsxanaya deyil. Ruhi xəstə sayılmış şəxslər həbs cəzasına məruz qalmamalıdır. Onların ruhi xəslələr üçün nəzərdə tutulan müəssisələrə keçirilməsi barədə tədbirlər görülməlidir. Ruhi xəstələr törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb oluna bilməzlər.

Kiməsə maddi ziyan vurmasının əvəzi, onun xəstə olması məhkəmə qaydasında təsdiq olunarsa, onun valideynləri, övladları, qəyyumları, himayəçiləri tərəfindən ödənməlidir.

Odur ki, üzümü ölkə prezidentinə tutaraq xəstə qardaşımın həbsxanadan azad olunmasını xahiş edirəm. Anlaqsız bir xəstə həbsxanada yatmamalıdır. Bütün ümidlərim sizədir."

Redaksiyadan: Vətəndaşın şikayətinə hər hansı bir rəy vermir və iddiasına qatılmırıq. Əlaqədar orqanların məsələ ilə bağlı açıqlamasını da dərc etməyə hazırıq. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
98

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
115

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
36

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
51

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
32

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
30

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 17:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru