Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2019
14:33
1173
Qoruqlara giriş ödənişsiz olacaq - TARİXLƏR

19-20 sentyabr tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda "Avropa İrs Günləri" layihəsinə həsr olunmuş tədbirlər keçiriləcək.

Bu barədə FaktXəbər-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat veriblər.

Hər il ölkəmizin müxtəlif regionlarında keçirilən tədbirlər bu il Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində “Soyqırım memorial kompleksi”nidə də geniş qeyd olunacaq. “Avropa İrs Günləri” çərçivəsində qoruqlarda “açıq qapı” günüləri və mədəni irsin qorunmasına həsr olunmuş maarifləndirici tədbirlər təşkil ediləcək. Ziyarətçilərin qoruqlara girişi ödənişsiz olacaq.

Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan Avropa İrs Günləri hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, “açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

Məqalədə : Qoruq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
59

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
27

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
114

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
47

Trampdan Ərdoğana təhqiredici məktub-FOTO

17

Oktyabr
14:18
SİYASƏT
239

18 oktyabr tarixinə olan hava proqnozu

17

Oktyabr
13:51
ÖLKƏ
66
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 19:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru