Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2019
12:09
Mədinənin Quba Məscidində İmam Hüseyinin (ə) qatillərinə lənət oxundu

Mədinədəki məşhur tarixi Quba məscidinin imamı İslamın böyük məzhəblərinə əsasən Hz. Hüseyn (ə) şəhid sayıldığını deyərək, onu öldürənlərə lənət oxuyub. FaktXeber.com-un məlumatına görə,  Salih Meğamisinin xütbəsi Səudiyyə Ərəbistanında MBC kanalında yayımlanıb.

"Şiə qardaşlarımız ona "Şəhid İmam" deyirlər. Onun imamətinə  heç bir ağlı başında olan şəxs müxaliflik eləməz və bu, müzakirə mövzusu da deyil. Çünki o, bütün yaxşılıqların imamıdır, qabaqcıldır - təqvada, elmdə, iffətdə öncüldür. Şəhidliyi ilə bağlı da heç bir ixtilaf yoxdur. Allaha and içirəm ki, İmam Hüseyn zülm və haqsızlıqla öldürülərək şəhid edilib", deyə o, bəyan edib.

Salih Meğamisi sonra İmam Hüseynin (ə) qatillərinə lənət oxumaqla sözlərinə davam edib:

"Onun qatilinə Allah lənət eləsin! Onun öldürülməsini əmr edənlərə Allah lənət etsin! Onun öldürülməsinə razı olanlara Allah lənət eləsin!"

Qeyd edək ki, Quba məscidi İslamın ilk məscidi hesab olunur. Rəbul-əvvəlin ilk günü Məkkəni tərk edərək Yəsribə (Mədinəyə) hicrət edən Allah rəsulu (s) və yanında olan səhabələr Quba adlı məntəqədə dayanıb orada gecələyir və burada namaz qılırlar. Həmin bu yeredə İslamın ilk məscidinin əsası qoyulur. 

Bu məscid Mədinə şəhərindən 6 km. aralıda yerləşir. Məkkədən hicrət edən Peyğəmbər (s) təqribən bir həftəyə yaxın bu məntəqədə qalır və İslamı yenicə qəbul etmiş müsəlmanlarla bu məscidi təsis edirlər.

Səcdəgah, yaxud səcdə edilən məkan mənasında olan məscidlərin İslamda xüsusi yeri vardır. Bu xüsusilik özünü həm mənəvi, həm də ictimai fəzada büruzə verir. Beləki məscidlərin İslam şəriətində xüsusi hökümləri vardır. Həmçinin məscidlər və orada qılınan camaat namazları müsəlmanların ictimai vəhdətini qorumaqda mühüm əhəmiyyətə malikdir.

İslamda məscidlərin mənəviyyat və ictimai vəhdət baxımından xüsusi əhəmiyyətə malik olduğunu qeyd etdik. Bu xüsusiyyətdə ən böyük pay ilk təsis edilmş Quba məscidinin payına düşür. Allah Rəsulu (s) bu məscidi daima diqqətində saxlayar, həftədə bir dəfə 6 km. məsafəni ya piyada, yaxudda süvari halda bu məscidə gələr, orda namaz qılardı.

Peyğəmbər (s) Quba məscidində namaz qılmağın fəzilətinə işarə edərək buyurub: Hər kəs evdə dəstəmaz alıb və Quba məscidinə gəlib namaz qılarsa, onun hədiyyəsi bir ümrə savabındadır” (İbn Kəsir. əl-Bidayə vən-Nihayə. C-3. S-210).

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8823

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7564

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
9159

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
9029

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
13568

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8784
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-07-2020 20:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru